Şəhid polkovnikin ailəsinin problemi həll edildi - "4 AYLIQ MÜAVİNƏT KARTA KÖÇÜRÜLƏCƏK"
Tarix: 07-08-2016 | Saat: 10:31
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi şəhid polkovnik-leytenant Raquf Orucovun ailəsinə pensiya və təqaüdün, sosial müavinətin təyin olunmaması ilə bağlı şəhidin həyat yoldaşının dediklərinə münasibət bildirib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Lent.az-a açıqlamasında bildirib ki, 2016-cı il il aprel ayının əvvəllərində Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən silahlı təxribatın qarşısının alınması zamanı həlak olmuş polkovnik-leytenant Raquf Orucovun ailəsinə pensiya və təqaüdün, sosial müavinətin hələ də təyin olunmaması, guya buna etinasızlıq göstərilməsi barədə məlumatlar həqiqəti əks etdirmir.
E.Babayev deyib ki, Raquf Orucovun ailəsinə pensiya və Azərbaycan Respublikası Prezidentinin şəhid ailələri üçün nəzərdə tutulan təqaüdünün, habelə övladlarına aylıq sosial müavinətin təyin olunması tam təmin edilib: “Şəhidin həyat yoldaşı Sevinc Əlizadə şəhid ailəsi kimi onlara qeyd olunan sosial ödənişlərin təyin olunması ilə bağlı bir neçə gün bundan öncə, yəni avqustun 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Müraciəti zamanı həmin sosial ödənişlərin təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulan lazımi sənədləri tam tərkibdə təqdim etməməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Müdafiə Nazirliyi ilə əlaqə saxlayaraq, əməkdaşlıq şəraitində qısa müddətdə həmin sənədlərin tam tərkibdə əldə olunmasını təmin edib. Beləliklə də şəhid polkovnik-leytenant Raquf Orucovun ailəsinə 907,70 manat aylıq əmək pensiyası, habelə 132 manat Azərbaycan Respublikası Prezidentinin şəhid ailələri üçün nəzərdə tutulan təqaüdü, ümumilikdə 1039 manat məbləğində aylıq sosial ödəniş təyin edilib”.
E.Babayev əlavə edib ki, həmçinin Sevinc Əlizadə üçün həmin sosial ödənişlərin alınması üçün müvafiq banka ödəniş kartı da sifariş edilib və aprel ayı da daxil olmaqla son 4 ayın ümumi məbləğinin onun kart hesabına köçürülməsi tam təmin olunacaq. Yaxın bir neçə gündən sonra Sevinc Əlizadə banka gedərək ödəniş kartını götürə biləcək”.
Şöbə müdiri onu da bildirib ki, qeyd olunanlarla yanaşı, Azərbaycan qanunvericiliyində şəhid ailələri üçün digər bir sıra güzəşt və imtiyazlar əksini tapıb və şəhid polkovnik-leytenant Raquf Orucovun ailəsi həmin güzəşt və imtiyazlardan da istifadə edə bilər.
Qeyd edək ki, şəhid polkovnikin həyat yoldaşı femida.az-a saytına müsahibəsində 4 aydır sosial müavinət ala bilmədiklərini açıqlamışdı.
Xəbəri paylaş
7298 dəfə oxunub.
Digər xəbərlər

18-03-2019, 16:30
İrandan Gürcüstana aparılan 306 kiloqramdan artıq heroin müsadirə edildi - FOTOLAR
18-11-2015, 17:29
Bakıda evlər niyə isidilmir? – SƏBƏBLƏR
24-03-2015, 12:42
Pərviz Bülbülədən Kövrəldici şeir-Şok-Şok
23-01-2019, 15:13
Yol polisindən sürücülərə ÇAĞIRIŞ
31-05-2019, 09:57
Ramazanın 26-cı gününün duası: imsak və iftar vaxtı
2-01-2016, 14:11
Pulunuz cibinizdə qalsın: dərinizi evdə gəncləşdirin – YOLLARI
10-10-2015, 12:12
Bakı avtobusunda sərnişin sürücünü döydü - Video
19-07-2015, 10:41
Dəhşətli qəzada - Bir ailə məhv oldu
14-11-2015, 13:23
Rihanna üzr istədi - foto