Bakıda evlər niyə isidilmir? – SƏBƏBLƏR
Tarix: 18-11-2015 | Saat: 17:29
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Qurum rəsmiləri məsələyə aydınlıq gətirdi.
Noyabrın 15-dən mövsüm başlayandan “Azəriqaz” İstehsalat Birliyi bir çox qazanxanalarda qazın verilişini dayandırıb.
Oxu.Az-a bu barədə “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.
“Səbəb kimi isə “Azəristiliktəchizat”-ın “Azəriqaz”-a olan borcu göstərilir. Onu da qeyd edim ki, yaranan borc bir günün və ya 3 günün borcu deyil. Qurum yaranan tarixə Bakı Şəhər İstilik İdarəsinin borcu olmuşdu.
Bu həmin və ondan sonra dövri yaranan borclardır. Təmsil etdiyim qurum hazırda zərərlə işləyir. Bununla belə, biz çalışırıq ki, cari borclarımızı ödəyək və onlar yığılıb qalmasın. Amma müəyyən qədər borclarımız yığılıb, bunu etiraf edirik”, - deyə qurumun rəsmisi qeyd edib.
R.Əliyev hesab edir ki, məsələ daha sivil yollarla həll oluna bilərdi:
“Bu gün soyuq havaların davam etdiyi dövrdə xəstəxana, məktəb, uşaq bağçaları, yaşayış evlərində istiliyin dayandırılması məsələdən çıxış yolu deyil. İki dövlət qurumu arasında olan borc məsələsinə görə, sadə vətəndaşlar zərər çəkir.
Həm “Azəriqaz” həm də, “Azəistiliktəchizat” dövlət qurumudur, ən azından müraciət edib bu məsələyə hökumət səviyyəsində baxıla bilərdi. Ondan sonra, sivil qaydada məsələ həll olunmalı idi”.
Əliyev konkret borc məbləğinin nə qədər olmasına isə bu cür aydınlıq gətirdi:
“Bu gün borc var. Amma borcun bu gün məbləği elə də əhəmiyyət daşımır. Əsas odur ki, borc var, bunu biz də, hökumət də bilir. Hökumətə müraciət etmişik, məsələyə baxılır.
Oxu.Az məsələ ilə bağlı “Azəriqaz” İB-nin də mövqeyini öyrənməyə çalışıb.
“Təbii qazın verilişi ilə əlaqədar olaraq nəzərinizə çatdırıram ki, respublika ərazisində təbii qaz tələbata uyğun təmin edilib. Əhalinin mənzillərində təbii qazın verilişində heç bir məhdudiyyət problemi yoxdur. Əhali mətbəxlərində, vanna otaqlarında, ümumiyyətlə, mənzillərində istifadə edir. Mavi yanacaqla bağlı heç bir məhdudiyyət yoxdur.
O ki qaldı mənzillərin istilik sistemi ilə bağlı məsələyə, bu barədə aidiyyatı quruma onlar müraciət etməlidirlər. Aidiyyatı qurum bizə müraciət edərsə və qazanxanaların təbii qazla təmin edilməsi texniki normativ təhlükəsizlik tələblərinə cavab verərsə, istənilən qazanxanalara təbii qazın verilişinə biz həmişə hazırıq”, - “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib.
Qurum rəsmisi “Azərisitiliktəchizatın” borcu ilə bağlı yaranan suala isə cavab verməyib.
Xəbəri paylaş
7288 dəfə oxunub.
Digər xəbərlər

22-06-2015, 12:09
Qırx nəfər çimərkən yandı
19-06-2016, 12:35
“Kemeron tarixi səhv etdi”
2-02-2017, 22:27
Tramp: Biz insanların ABŞ-a gəlməsini istəyirik
7-12-2015, 00:36
“Azəryol”da keçirəcəyim görüşlər karyeram baxımından önəmlidi”
10-12-2021, 17:19
"Yazırlar ki, niyə ölmürsən?" - Afaq Gəncəli
11-03-2021, 09:40
Dolların bugünkü məzənnəsi
20-10-2018, 10:47
"Türkiyənin gücü bizim gücümüzdür"- İlham Əliyev
15-10-2015, 22:45
Avtoşlar mütləq oxusun- Yeni cəzalar
28-11-2015, 20:34
Qəhrəman polis 10 gün əvvəl ata olubmuş...
30-12-2016, 02:42
Futbolçunun bacısı paylaşdığı fotolarla fenomen oldu