Kiş körpüsünü yenə də sel apardı
Tarix: 23-07-2016 | Saat: 14:13
Bölmə:Karusel / Hadisə | çapa göndər
Gecə saatlarından Şəkidə müşahidə olunan güclü yağış fəsadlar törədib.
"Xəbəraz.az " Kanal S-ə istinadən (Region TV) xəbər verir ki, Kiş çayında sululuğun miqdarının artması nəticəsində çayın üzərində salınan müvəqqəti körpünü su aparıb.
Kiş çayının üzərində yerləşən və Kiş kəndini mavi yanacaqla təmin edən boru xətti sıradan çıxıb. Nəticədə kəndə mavi yanacağın verilişi dayandırılıb.
Həmçinin kəndin şimal hissəsində yerləşən istirahət mərkəzlərinə aparan körpülər və yollar dağılıb. Şəkinin Çınqıllı dərə adlanan ərazisində torpaq sürüşməsi təhlükəsi yaşanıb.
Leysan yağışları nəticəsində Şəkinin digər kəndlərinə də ziyan dəyib. Baş Küngüt və Qudula kəndlərində kəndarası yollar bərbad vəziyyətə düşüb və körpülər dağılıb. Eyni zamanda Şəki şəhəri, Oxud və Kiş kəndlərini su ilə təmin edən xətlər sıradan çıxıb. 60 metrlik su kanalı lil qatı ilə örtülüb. Suyun verilişi dayandırılıb.
Kiş kəndinin əhalisinin alternativ Oxud yolu vasitəsilə şəhərlə əlaqəsi bərpa edilib. Aidiyyəti qurumlar hadisə baş verən əraziyə baxış keçirib. Dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Hazırda Kiş və Şin çaylarında suyun miqdarı normadan artıqdır.
Xəbəri paylaş
6738 dəfə oxunub.
Digər xəbərlər

11-02-2016, 15:25
Yağmurlu hava şəraiti davam edəcək
14-05-2017, 22:58
Ev şəraitində qollardakı piylərdən necə xilas olmaq olar?
25-11-2017, 16:36
Aygün Bəylər nazirin qohumuna ərə gedir?
27-03-2016, 13:31
Messidən Barak Obamanın sözlərinə CAVAB
28-01-2016, 03:46
Ronaldu 140 milyon avroya otel alıb
29-10-2023, 21:04
"Yarı həkim candan edər"
29-10-2022, 09:47
Saqqız çeynəməyin nə qədər təhlükəli olduğunu bilsəniz...
4-04-2017, 02:21
Futbolçu hakimi nokauta saldı - VİDEO
30-10-2018, 10:55
Məşhur professordan inanılmaz sözlər: Belə qidalanan insanların qoyundan fərqi yoxdur
6-09-2020, 11:38
Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxdı - VİDEO