Kiş körpüsünü yenə də sel apardı
Tarix: 23-07-2016 | Saat: 14:13
Bölmə:Karusel / Hadisə | çapa göndər
Gecə saatlarından Şəkidə müşahidə olunan güclü yağış fəsadlar törədib.
"Xəbəraz.az " Kanal S-ə istinadən (Region TV) xəbər verir ki, Kiş çayında sululuğun miqdarının artması nəticəsində çayın üzərində salınan müvəqqəti körpünü su aparıb.
Kiş çayının üzərində yerləşən və Kiş kəndini mavi yanacaqla təmin edən boru xətti sıradan çıxıb. Nəticədə kəndə mavi yanacağın verilişi dayandırılıb.
Həmçinin kəndin şimal hissəsində yerləşən istirahət mərkəzlərinə aparan körpülər və yollar dağılıb. Şəkinin Çınqıllı dərə adlanan ərazisində torpaq sürüşməsi təhlükəsi yaşanıb.
Leysan yağışları nəticəsində Şəkinin digər kəndlərinə də ziyan dəyib. Baş Küngüt və Qudula kəndlərində kəndarası yollar bərbad vəziyyətə düşüb və körpülər dağılıb. Eyni zamanda Şəki şəhəri, Oxud və Kiş kəndlərini su ilə təmin edən xətlər sıradan çıxıb. 60 metrlik su kanalı lil qatı ilə örtülüb. Suyun verilişi dayandırılıb.
Kiş kəndinin əhalisinin alternativ Oxud yolu vasitəsilə şəhərlə əlaqəsi bərpa edilib. Aidiyyəti qurumlar hadisə baş verən əraziyə baxış keçirib. Dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Hazırda Kiş və Şin çaylarında suyun miqdarı normadan artıqdır.
Xəbəri paylaş
6728 dəfə oxunub.
Digər xəbərlər

31-03-2019, 22:10
Ajdadan 2 milyonluq poz - FOTO
14-10-2015, 19:36
"Twitter" iş yerlərini azaldacaq
3-01-2020, 18:28
Xamneyi Trampın təhdidlərinə cavab verdi
8-01-2023, 13:08
Azərbaycanda keçmiş polis serjantı öldürüldü
28-07-2018, 11:09
Evi əmisi oğluna verib getdi –qayıdanda dəhşətli hadisə ilə qarşılaşdı
17-05-2022, 12:01
20 ildə bir dəfə İstanbula gəldim, onu da burnumdan gətirdilər - Deputat
23-01-2017, 15:37
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin bitəcəyi VAXT bilindi
21-11-2018, 10:39
Bakıda tanınmış aktyor məktəb direktorunu döydü-foto
17-02-2016, 15:05
İşlədikləri şirkətdən 249 min manat oğurladılar
30-10-2015, 00:02
Bakıda şok hadisə – Körpələrin meyiti səhv düşdü – VİDEO