Əcnəbilərin kartlarından pul çıxaranlar tutuldu - Foto
Tarix: 24-06-2016 | Saat: 18:48
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Daxili işlər orqanları kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində xarici ölkələrin 50-yə yaxın bank müştərisinin plastik kartlarından xüsusi kiberproqramlardan istifadə etməklə külli miqdarda pul vəsaitlərini onlayn ödəniş saytları vasitəsilə qanunsuz çıxaran Xaçmaz rayon sakinləri Xətai Əliyev və Orxan Seyidov tutulub.
Saxlanılan X.Əliyev törətdiyi əməli etiraf edərək bildirib ki, informasiya texnologiyaları sahəsində olan xüsusi biliklərindən istifadə etməklə internet vasitəsilə onlayn bank əməliyyatları aparan xarici ölkə vətəndaşlarının ödəmə sistemindəki kart göstəricilərinin məlumat bazalarına qanunsuz daxil olaraq onların rekvizitlərini əldə edib.
Daha sonra X.Əliyev həmin şəxslərin hesablarından O.Seyidovun adına yerli banklarda açdığı hesablara onlayn köçürmələr edərək nağdlaşdırıb və bu yolla vətəndaşlara külli miqdarda ziyan vurub.
X.Əliyevin istifadə etdiyi kompüterlərə baxış zamanı elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb.
Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
8008 dəfə oxunub.
Digər xəbərlər

13-06-2017, 16:10
Bakıda orta məktəbdə valideynlər arasında DAVA - ÜRƏYİ GETDİ
20-09-2017, 16:33
Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
23-09-2020, 09:29
“Övladlarını səfərbərlikdən yayındıran məmurların adları açıqlanmalıdır” - Millət vəkili
13-07-2017, 00:18
ALIN YAZISI DƏYİŞƏ BİLƏRMİ?
16-07-2015, 17:54
öyrənin və yadda saxlayın (video)
12-02-2016, 10:02
Neftin qiymətləri 5%-dən çox bahalaşıb
21-03-2020, 12:13
Vilayət Eyvazov polkovniki Salyana rəis təyin etdi
2-07-2015, 14:23
Uyğur qadını iki uşaqdan artıq doğarsa, qarnı yarılır
3-11-2015, 17:32
Fəhlə kranın trosları arasında qalaraq öldü
29-06-2016, 15:18
Prezident İlham Əliyev Ərdoğana zəng edib