Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uyğur qadını iki uşaqdan artıq doğarsa, qarnı yarılır
Tarix: 02-07-2015 | Saat: 14:23
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Uyğur qadını iki uşaqdan artıq doğarsa, qarnı yarılır
1950-ci illərdən bu yana Çinin öz daxilində əridib yox etməyə çalışdığı böyük etnik qrup olan Uyğur türkləri bu gün də işkəncə dolu həyat tərzi yaşamaqdadırlar. Çin, uyğurlara qarşı tətbiq etdiyi siyasətin uyğurlar üçün acı nəticələrini dünya mətbuatından gizləməyə çalışır. Bütün məhdudiyyətlərə rəğmən, artıq keçən ayın sonlarından dünya, xüsusilə türk mətbuatının gündəmindən düşməyən Şərqi Türküstan yarası üçün dünya türkləri hərəkətə keçib.
Çoxlarının xəbərdar olmadığı tarixi reallıqlar göstərir ki, Şərqi Türküstanın açı gündəmi ötən əsrin ortalarından bu günəcən davam etməkdədir.

Tarixi Türküstan coğrafiyası Çin sərhədləri daxilində qalan Şərq hissəsi Sincan Uyğur Muxtar Bölgəsi adlandırılır.

Çinin şimal-qərbindəki bu bölgə 1 milyon 600 kvadrat kilometr təşkil edir. Burada Uyğur türklərinin sayı ümumi nüfuzun yüzdə 45-ni təşkil edir. Əhalinin yüzdə 41-ni isə Xan çinləri təşkil edir. Pekin hakimiyyətinin xanlaşdırma siyasəti ucbatından artıq son 50 ildə bölgədə demokratik qurluşdan əsər əlamət qalmayıb.

Sözügedən bölgədə, eyni zamanda qazax, qırğız və moğol əsilli etnik qruplar da yaşayır. Bu etnik qruplara aid 5 ayrı etnik qrup da bölgədə yaşamaqdadır.

Tarix boyu, ayrı-ayrı dönəmlərdə müstəqilliyini əldə etməyi bacaran Şərqi Türküstan, xüsusilə 19-20-ci illərdə çin-rus müharibələrinin şahidi olub.

1878-ci ildə Çin tərəfindən işğal edilən bölgə, yeni torpaqlar mənasına gələn “Sincan” adlandırılaraq imperiyaya tabe edilir. Son müstəqilliyini 1944-cü ildə əldə edən Şərqi Türküstan Cümhuriyyətinin, 5 il sonra kommunist idarəyə bağlı Çin Xalq Qurtuluş ordusunun ölkəyə daxil olması ilə müstəqilliyinə son qoyulur.

O dövrdə təzyiqlərdən qaçan minlərlə Uyğur türkü Himalayı keçib vətənlərini tərk etməli oldur. Həmin köçdə olan insanların böyük hissəsi Türkiyə sərhədlərinə qədər gəlir. Hazırda onların böyük bir hissəsi hələ də Türkiyədə yaşamaqdadır.

Bu günkü Sincan Uyğur Muxtar Bölgəsinin payaxtı Uruntçi şəhəridir.

Bölgənin Çin üçün əhəmiyyəti



Bölgənin əsas təbii qaynaqlarını neft və kömür təşkil edir. Bundan başqa, çox önəmli yeraltı qaynaqlarla zəngin olan bölgə, enerji sıxıntısı çəkən Çin üçün böyük önəm daşıyır. Ancaq hakimiyyətin siyasətinin nəticəsi olaraq, bölgənin təbii qaynaqlarından o bölgənin əhalisi, xüsusilə də uygurlar yararlana bilmir.

Uyğur türklərinin ən önəmli problemləri işsizlik və Uyğur türk dilində təhsilin qadağan edilməsidir.

Paytaxt Urumçidə 5 iyul 2009-cu ildə Uyğur türkləri buna etiraz etmək məqsədi ilə dinc yürüş etmiş, lakin Xan çinlilərinin yürüşə müdaxiləsi nəticəsində 197 nəfər həlak olmuşdu.



Çinin absurd siyasəti

Çinin, Şərqi Türküstan bölgəsində uyğurlara qoyduğu qadağalar türk əhalinin həyat səviyyəsini ağırlaşdırmaqda davam edir.

Çin, Uyğur türklərinə baş örtməyi, saqqal saxlamağı qadağan edir. Buna riayət etməyənləri isə 6- il və daha çox həbs cəzasına məhkum edir. Göstərilən səbəb isə cəmiyyətdə rahatlığa mane olmaq və baş verə biləcək provokasiyaların qarşısını almaq məqsədli olduğu bildirilərək Qaşqay bölgəsində saqqal saxlayan və hicablı cütlüyə bəps cəzası verildiyi də yerli xalq mətbuatı tərəfindən bildirilmişdir.

Bölgədə keçən ildən bu yana sözügedən qadağaya riayət etməyən minlərlə insan üçün həps cəzası verildiyi bildirilir.

Çində ötən illərdə qəbul edilən “Terrorla Mübarizə Qanunu”na əsasən, xüsusilə Sincan Uyğur Muxtar Bölgəsində başladılan kompaniya daxilində keçən ildən saqqal uzatmaq və hicab geyinmə qadağası qoyulmuş, xalqa başlarını örtməmələri üçün xəbərdarlıq edilmişdir. Yenə eyni qanun çərçivəsində Uyğurların yaşadığı bölgə başda olmaqla, bir çox bölgədə geniş mühafizə tədbirləri görülür, bir yandan da beynəlxalq müşahidə qrumları və əcnəbi jurnaistlərin, “əyalətin təhlükəsizliyini qorumaq” səbəb göstərilərək müstəqil işlər görmələrinə icazə verilmir.

Bu səbəbdən Sincan Uyğur Muxtar Bölgəsində baş verənləri izləməkdə çətinlik çəkirik. Çünki Pekin haikimiyyəti dünya mətbuatının bölgəyə getməsinə icazə vermir.

Əldə olunan məlumatlar Çinin rəsmi xəbər agentliklərinin verdiyi məhdud məlumatlarından belə qənaətə gəlmək olur ki, son illərdə xüsusilə Uyğur, Qaşğay bölgəsində türklərə qarşı təzyiq və şiddət getdikcə artır. Yenə həmin bölgədə yaşayan türklərin xaricdə yaşayan yaxınlarının verdiyi məlumatlara görə, əhalinin dini mərasimlərə və ənənələrə əməl etmələri qadağan edilir, ölkədən çıxmalarına məhdudiyyətlər qoyulur. Bir çox yerlərdə isə internet və telefon əlaqələrinə də məhdudiyyətlər qoyulduğu bildirilir.

Pekin hakimiyyəti 18 yaşından kiçiklər, qadınlara, işçi və məmurlara məscidlərə giriş qadağası qoyub. Bölgədəki müsəlman xalqın səyahət azadlığı əlindən alınıb.

Yaşanan ən böyük problemlərdən biri də Çinin nüvə təcrübələridir. 1966-97-ci illər arasında Pekin hakimiyyətinin bölgədə nüvə silahlarını təcrübədən keçirməsi əhalinin böyük bir qisminin zəhərlənməsinə səbəb olub.

Səbəbsiz ölümlərin üsulu edamdır



1985-ci ildən tətbiq olunan qanuna görə isə şəhərdə yaşayanlara 1, ətraf rayonlarda yaşayanlara 2 uşaq qadağasına əsasən, doğumuna sayılı günlər qalan körpələri belə ana qarnından çıxarıb öldürürlər.

Bölgədə uyğur əhaliyə göstərilən münasibət tez-tez ərazidə təzyiqin yüksəlməsinə və etirazlara səbəb olur. Baş verən terror hadisələrində isə yalnız uyğurlar günahlandırılaraq edama məhkum edilirlər. Xüsusilə Uyğur Muxtar Bölgəsində hər hansı səbəb göstərilmədən həbs olunanların sayı 27 min 164 nəfərin olduğu açıqlanıb.

Çin beynəlxalq təşkilatların xəbərdarlıqlarını nəzərə almır.

Sosial siniflər yaratma siyasəti

Hazırda 1950-ci ildən bu yana Çindən köç etməyə nail olan uyğurların böyük bir hissəsi, Türkiyə və Qırğızıstanda yaşayır.

Çin hakimiyyətində qalan uyğurlar isə ağır şərtlər altında yaşamağa davam edir.

Mənbələrin verdiyi məlumata görə, uyğur əsilləri, əsasən mərkəzdən kənar, ətraf bölgələrdə yaşamalara təhrik edilir. Bu isə faktiki olaraq sinfi fərqlər və ayrı-seçkilik yaradan başlıca səbəblərdəndir. Bu gün Altay dağlarının ardında Uyğu bölgəsində çətin həyat tərzi yaşayan Uyğur türkləri üçün birləşməyin əsl vaxtıdır.


Xəbəri paylaş

8748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___