Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Tarix: 20-09-2017 | Saat: 16:33
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
İlk güzəştli mənzillərin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı təmin edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikintisi davam edən ilk layihəsi - Yasamal Yaşayış Kompleksinin 9 binadan və 584 mənzildən ibarət olan birinci məhəlləsinin mənzillərinin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı təmin edilib. Bununla əlaqədar, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışlar təqdim olunub.
MİDA-dan verilən məlumata görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qabaqcadan qeydiyyat sənədləri tikintisi davam edən mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi üçün əsasdır. Eyni zamanda, mövcud qanunvericiliyə uyğun olaraq, qabaqcadan qeydiyyat arayışı tikinti mərhələsində olan mənzillərin girov qoyularaq "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyəti və "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq müqaviləsini imzalamış müvəkkil banklar tərəfindən güzəştli ipoteka kreditlərinin verilməsinə imkan yaradır.
Mənzillər üzrə hüquqların qabaqcadan qeydiyyatı təsdiq olunmuş tikinti layihəsi və tikintiyə icazə əsasında aparılır, mənzillərin layihəyə uyğun şəkildə inşa olunmasına zəmanət verir. Yaşayış binası tikilərək istismara verildikdən sonra, mənzilə sahib olan vətəndaşın qabaqcadan qeydiyyat arayışı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə əvəzlənəcək.
Mənzil İnşaatı Dövlət Agentliyi 29 yaşayış binasından ibarət Yasamal Yaşayış Kompleksinin tikintisi davam edən növbəti mənzillərinin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatının təmin edilməsi istiqamətində işləri davam etdirəcək və müvafiq arayışların mərhələli şəkildə alınmasını təmin edəcək.
Xəbəri paylaş
6188 dəfə oxunub.
Digər xəbərlər

28-12-2021, 13:32
Azərbaycanda güclü PARTLAYIŞ - Yaralılar var (FOTOLAR+YENİLƏNİB)
13-06-2016, 18:26
ABŞ da daxil olmaqla dünya ölkələri… - PA rəsmisi
14-06-2023, 10:30
Gəncədə yeniyetmə oğlan qonşusunun maşınını qaçırıb, qəza törətdi
23-11-2022, 00:33
ÖZÜNÜ NAZİRLİYİN ƏMƏKDAŞI KİMİ TƏQDİM EDƏRƏK VƏTƏNDAŞIN PULUN MƏNİMSƏDİ
19-01-2016, 11:50
Xaricə pul köçürmələrindən icbari haqq tutulacaq
22-09-2015, 20:26
Zərbə qadını yoldan ikinci mərtəbəyə atdı - Dəhşət
11-04-2021, 03:28
"Real" "Barselona"ya qalib gəldi, lider oldu
12-10-2016, 21:07
İntim münasibət zamanı BƏDBƏXT hadisə
16-02-2021, 03:35
Göyçayda narazılıq yaradan kimlərdir? - Müraciət...