Vasif Talıbov BMT nümayəndəsi ilə görüşdü - Foto
Tarix: 14-05-2016 | Saat: 00:25
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər
Mayın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai ilə görüşüb.
"Xəbəraz.az " Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ali Məclisin Sədri Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin uğurlu olduğunu bildirib, Qulam İsakzaini ölkəmizdə yeni rezident nümayəndə kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib. Naxçıvan Muxtar Respublikası ilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasındakı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri təşkilat tərəfindən həyata keçirilən proqramların əhəmiyyətini vurğulayıb.
Ali Məclisin Sədri əməkdaşlığın bundan sonra da davam edəcəyinə və nəticəli olacağına əminliyini bildirib, qonağa fəaliyyətində uğurlar arzulayıb.
Qulam İsakzai göstərilən səmimi münasibətə və təbriklərə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib, Naxçıvana səfərinin mövcud əməkdaşlığın davam etdirilməsi baxımından səmərəli olduğunu qeyd edib. Naxçıvanda “BMT modeli” konfransının keçirilməsinin əhəmiyyətini vurğulayan qonaq təmsil etdiyi təşkilatla muxtar respublika arasında əlaqələrin inkişafında səyini artıracağını bildirib.
Söhbət zamanı əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş
7228 dəfə oxunub.
Digər xəbərlər

20-07-2016, 13:34
XATİRƏ ƏZİZİN QARABAĞ XATİRƏLƏRİ!
11-12-2016, 11:14
"Vodafon Arena"da partlayış anı - CANLI YAYIN zamanı
13-09-2018, 19:36
“Hacı Mazan”a qarşı cinayət işi açıldı
31-01-2018, 16:45
Ötən il Azərbaycanda morqlara intiharla bağlı 495 meyit gətirilib
8-08-2017, 12:42
Emrah Karaduman və Rəqsanədən yeni proyekt – FOTO
20-12-2018, 10:56
Rektordan kollektivə böyük jest
1-08-2017, 13:05
Azərbaycan Əlifbası və Dili Günüdür
1-07-2015, 20:57
Elza Seyidcahan yenə təəccübləndirdi - FOTOLAR
16-05-2017, 19:48
Mədinə Məlikin qucaqladığı şəxsinin kimliyi bəlli oldu.- FOTO
21-09-2018, 13:37
Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb