“Hacı Mazan”a qarşı cinayət işi açıldı
Tarix: 13-09-2018 | Saat: 19:36
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər
“Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun və adamlarının binasında yaşayan sakinin evinə hücum çəkməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb.
"Xəbəraz.az "BakuPost-a istinadən xəbər verir ki, istintaq faktı xuliqanlıq kimi qiymətləndirib və Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə tövsif edib.
İstintaqın gedişində cinayət işinin CM-in 221-ci maddənin hansı bəndi üzrə araşdırılacağı məlum olacaq. Hadisənin bir qrup tərəfindən törədildiyini nəzərə alsaq, faktın CM-in 221.2-ci maddəsi ilə araşdırılacağı gözlənilir. Bu maddəyə görə təqsirləndirilən şəxs və ya şəxsləri iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Məsələ ilə bağlı Hacı Mazanla əlaqə saxlanılıb. O, suallara cavab verməyərək telefonunu söndürüb: “Mənə heç bir sual verməyin. Sizi eşitmirəm, Bakıda deyiləm, Naxçıvandayam...”.
Xatırladaq ki, “Hacı Mazan” və adamları Binəqədi rayonunda “İnam Bayram” MTK-nın inşa etdiyi binada Faiq Seyfullayevin mənzilinə hücum edərək, orda çəkiliş aparan Xəzər TV-nin əməkdaşlarına zor tətbiq edib, mənzil sahibini isə döyüblər. Nəticədə Faiq Seyfullayev ağır bədən xəsarətləri alıb.
Xəbəri paylaş
1 1298 dəfə oxunub.
Digər xəbərlər

5-05-2020, 06:48
Şok araşdırma: Korona xəstələri buna görə ölür - Video
10-01-2017, 00:33
"Vəfa" Sosial İctimai Birliyi xeyiriyyəçilik missiyasını davam etdirərək 6- imkansız ailəni sevindirdi-FOTO+ÖZƏL
1-05-2016, 17:18
Bələdiyyə ilə bağlı - Yeni qayda
12-05-2017, 20:34
Mənzillər nə zaman veriləcək?
4-11-2015, 12:15
22 yaşlı hamilə qadın özünü asdı
10-09-2021, 10:56
Azərbaycanda intim görüntüləri yayan şəbəkə tutuldu - AÇIQLAMA
7-11-2023, 11:27
Masallıda dəhşətli qətl: Ata qızını öldürdü
12-10-2022, 10:45
Avtobusun rezin borusu partladı - Qadın xəsarət aldı
4-07-2022, 12:25
Ginekoloq -cərrah Elnurə Mustafayevanın həyata keçirdiyi süni mayalanma əməliyyatının ağır fəsadları - İDDİA