Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
XATİRƏ ƏZİZİN QARABAĞ XATİRƏLƏRİ!
Tarix: 20-07-2016 | Saat: 13:34
Bölmə:Karusel / M2 / Qarabağdan xəbər var | çapa göndər

XATİRƏ ƏZİZİN QARABAĞ XATİRƏLƏRİ!
AĞDAMDA KEÇƏN SEVİNC DOLU DÖRD GÜNÜM!
Bu isti yay günündə-iyulun 14-də çox sevdiyim QARABAĞ torpağına səfər etdim. Baxmayaraq ki, iyunun 25-dən iyunun 28-nə kimi Qarabağda səfərdə olmuşdum, yenə də hər ay olduğu kimi böyük həvəslə bu cənnətməkan torpağa növbəti səfərimi reallaşdırdım.
4 günlük səfər müddətində Ana Vətənimizi düşməndən qoruyan mərdürəkli, hünərli, qorxublməz əsgərlərimizi ziyarət etdim. Eləcə də düşmənlə təmas xəttində yerləşən Mirəşelli kəndində kənd əhalisi ilə və şəhid ailəsi ilə görüşdüm. Həmçinin Qaçqın şəhərciyində məskunlaşan Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlil, ehtiyatda olan baş leytenant, məcburi köçkün, 5 övlad atası, Vətənin igid oğlu Cahid Quliyevin ailə üzvlərini də yad etdim. Onu da deyim ki, Cahid Quliyev 26 iyun Silahlı Qüvvələr günündə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin "Fədai" medalı ilə təlif olunub.
İyulun 16-da Ağdamın Çəmənli kəndində Seyid Lazım ağanın məzarını da ziyarət etdim, ziyarətgahda əsgər və zabitlərimizə Allahdan cansağlığı və ömür dilədim!
Vaxt edib cəbhə boyunca yerləşən kəndlərdə yaşayan əhali ilə görüşdüm, qorxmaz, Vətənsevər bu insanlarda böyük əhval-ruhiyyə gördüm.
Qeyd edim ki, Vətənpərvər əsgərlərlə söhbətimdə Vətənin keşiyini çəkən igid əsgərlərimizdə çox yüksək döyüş ruhunun şahidi oldum, bu, məni çox sevindirdi!
Bəli, bu da onu göstərir ki, sözün həqiqi mənasında Azərbaycanın qüdrətli və güclü Milli Ordusu var! Aprel ayında işğalçı düşmənlə aparılan 4 günlük müharibədə bunun bir daha şahidi olduq. Uca Tanrı qorusun Vətənimizin dəyanətli, cəsarətli, Vətənpərvər əsgər və zabit oğullarını!
Qələbə Azərbaycanın olacaq! Əminliklə deyirəm ki, o möhtəşəm Qələbə gününə çox az vaxt qalıb! Böyük Yaradan hifz etsin Odlar yurdu Azərbaycanımızın Vətəncanlı əsgər və zabitlərini!
2016-cı il iyulun 17-də Qələbə ümidi ilə Qarabağ torpağından ayrılaraq, torpaqlarımızı gecə-gündüz göz-bəbəyi kimi qoruyan, Ana Vətənimizin keşiyin çəkən Mübariz ruhlu əsgərlərimizlə yenidən görüşmək arzusu ilə Bakıya doğru yollandım.
Xatirə ƏZİZ (Rəhimli)
Şair-jurnalist
18 iyul 2016


XATİRƏ ƏZİZİN QARABAĞ XATİRƏLƏRİ!


Xəbəri paylaş

1 3298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___