Ermənilərin işgəncə xəbərinə BQXK-dən reaksiya
Tarix: 16-04-2016 | Saat: 20:27
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
“İctimaiyyətə bu barədə açıqlamalar verilmir”.
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) qondarma “Dağlıq Qarabağ Respublikası”nın əsir və girovlarla iş üzrə komissiyasının iddialarına aydınlıq gətirib.
"Xəbəraz.az "Oxu.Az-a istinadən xəbər verir ki, BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, beynəlxalq humanitar hüququn pozulması daxil olmaqla, hansısa bir yanlışlıqla bağlı iddialarla üzləşdikdə, təmsil etdiyi qurum bunu sənədləşdirir və aidiyyəti olan tərəflə konfidensial şəkildə, ikitərəfli əsasda narahatçılığını bölüşür.
“Bu müzakirə Beynəlxalq Qızıl Xaç Komitəsinin münaqişə tərəfləri ilə apardığı mütəmadi dialoqun bir hissəsidir. Bu yanaşmaya hörmət edilir və ictimaiyyətə bu barədə açıqlamalar verilmir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, qondarma “DQR”in əsir və girovlarla iş üzrə komissiyası iddia edib ki, qoşunların təmas xəttində baş vermiş sonuncu döyüşdə həlak olan Azərbaycan hərbçilərinin meyitləri qaytarılmazdan öncə BQXK nümayəndələrinin iştirakı ilə müayinə edilib, bu zaman cəsədlərin üzərində hər hansı işgəncə əlamətləri aşkarlanmayıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu və məhkəmə-tibbi ekspertizası ermənilərdən alınmış meyitlərin üzərində qeyri-insani rəftarla bağlı çoxsaylı fakt aşkarlayıb. Müayinə zamanı məlum olub ki, meyitlərin gözləri çıxarılıb, küt alətlərlə zədələr yetirilib, qulaqlar kəsilib, kəllə sümükləri qırılıb, ağızlarında yarıqlar aşkar edilib.
Xəbəri paylaş
6258 dəfə oxunub.
Digər xəbərlər

8-03-2020, 22:35
Sevda Yahyayeva həkimlə nişanlandı - VİDEO (FOTO)
24-05-2022, 13:12
Masallı rayon Qəriblər kənd tam orta məktəbində xadimə qadınları FƏHLƏ KİMİ İŞLƏDİLİR
11-06-2016, 00:27
57 millət vəkili barəsində istintaq başladı
19-01-2019, 14:52
Ramil Usubovdan yeni təyinat
1-02-2023, 14:08
Gündüz çiskinli olacaq, gecəyə doğru isə... - PROQNOZ
22-05-2015, 15:52
Bu dəfə də sülh olacaq ?
9-12-2017, 18:19
Quranla fala BAXANLAR - “Allah onlara lənət eləsin!”
16-07-2020, 13:48
Aqil Acalov : Azərbaycan xalqı öz dövləti və ordusu ilə həmrəydir.
6-06-2016, 15:57
NATO orduları ilk dəfə Finlandiyaya girdi