Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gizlədilən məlumatlar ortaya çıxdı: Ermənistan ordusunun itkiləri - 2000 əsgər
Tarix: 28-02-2017 | Saat: 02:51
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər

Gizlədilən məlumatlar ortaya çıxdı: Ermənistan ordusunun itkiləri - 2000 əsgər
Ermənistanda “ANYA” tədqiqatlar mərkəzinin direktoru Tatul Akopyan erməni ordusunun itkilərini açıqlayıb

T.Akopyan 1994-cü ildən indiyə kimi Ermənistan ordusunun 2 min itki verdiyini bildirib: “Lakin bu haqda dəqiq məlumatı Ermənistanın Müdafiə Nazirliyi verə bilər”.

T. Akopyan əlavə edib ki, 2016-cı ildə “aprel müharibəsi”ndən sonra Ermənistanın Müdafiə Nazirliyi demək olar ki, hər gün hərbi qulluqçunun ölməsi haqda məlumat yayır: “1994-cü ildən başlayaraq, ordudakı itkilərlə bağlı dəqiq məlumatları yalnız Müdafiə Nazirliyi yaya bilər. Lakin son illərdə bir sıra media orqanı, ictimai təşkilatlar monitorinqlər aparır, itkilər haqda danışırlar. İtkilərin əhəmiyyətli hissəsi 1995-1998-ci ildə olub. Daha sonra isə ən böyük itki 2016-cı ildə oldu. Ermənistan ordusu 162 itki verdi”.
T.Akopyan 2017-ci ilin yanvar-fevral ayları ərzində Ermənistan ordusunun 9 itki verdiyini deyib. Lakin o, bunların rəsmi açıqlanan rəqəmlər olduğuna da diqqət çəkib.

“1994-cü ildən başlayaraq, ümumilikdə Ermənistan ordusunun 2000 hərbi qulluqçusu ölüb. Bu, təxmin edilən məlumatlardır. Dəqiq məlumat isə Müdafiə Nazirliyində var”, - deyə o bildirib.


Xəbəri paylaş

1 6968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___