Zabratda qanlı dava
Tarix: 14-03-2015 | Saat: 10:03
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Ötən gecə paytaxt sakini döyülərək xəstəxanalıq olub.
Xəbəraz.az ın məlumatına görə, hadisə Zabrat qəsəbəsi, Əzizbəyov 17 ünvanında qeydə alınıb. Zəlimxan Valehov təcili yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına xəstəxanada verdiyi ifadəsində zərərçəkmiş qonşuluqda yaşayan Vidadi adlı şəxs tərəfindən döyüldüyünü bildirib. Belə ki, Zəlimxan Valehovun sözlərinə görə, qonşusu Vidadi onların həyətində it boğuşdurub. Zərərçəkmiş ona etirazını bildirəndə isə, aralarında mübahisə yaranıb. Bu zaman Vidadi yumruq zərbələri ilə Zəlimxan Valehovun sifət nahiyəsinə xəsarətlər yetirib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.
Həmin gecə 3 saylı şəhər xəstəxanasına ağır yaralı gətirilən 43 yaşlı Şahin Tahir oğlu Əliyev isə dərhal əməliyyat olunub. Həkimlər ona daxilə nüfuz edən qarnın ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu qoyublar. Faktla bağlı polisə məlumat verilib. Məlum olub ki, hadisə Zabrat qəsəbəsi, Şirvanı küçəsində yerləşən evlərdən birində baş verib. İlkin ifadəsində Şahin Əliyev mətbəxdə bıçaqla ehtiyatsız davrandığı üçün özünə xəsarət yetirdiyini bildirib. Əməliyyat olunan xəstənin vəziyyəti orta ağırdır. Baş verən hər iki faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar aparılır
Xəbəri paylaş
9088 dəfə oxunub.
Digər xəbərlər

14-07-2021, 20:14
“Zəngəzur, Göyçə və İrəvan...” – İrəliləyəcəyik!
14-12-2022, 11:37
"Uber"in 7 sürücüsü saxlanıldı - Narkotik satırmışlar
30-03-2017, 11:40
İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq
21-03-2015, 14:24
Əliağa Vahid. Onu tanımağa dəyər
29-04-2016, 22:56
''Könüllü döyüşməyə hazırıq'' - Video
29-08-2016, 22:17
Onun bir "əmrinə" - qarışqalar qənd parçasını qoyub qaçdı - VİDEO
28-10-2016, 18:14
Avropada növbəti savaş bu regionda olacaq
30-10-2023, 13:35
Azərbaycanda ünvanlı sosial yardım artacaq
2-09-2015, 23:52
Tanınmış boksçu türk barında güllələndi