Gəncə teatrında yeni QALMAQAL: "Teatrda İlhamə Quliyevalar yetişir" — FOTOLAR
Tarix: 05-03-2016 | Saat: 20:52
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər
Gəncə Dövlət Dram Teatrı ətrafında gərginlik yenidən alovlanmağa başlayıb.
"Xəbəraz.az "-ın bir müddət teatrdan sıxışdırılaraq Şəki teatrında işləməyə məcbur olduğunu yazdığı aktrisa Kəmalə Məmmədova iki mövsüm oynadığı tamaşadan uzaqlaşdırılıb. Belə ki, türk dramaturqu Turqay Narın əsəri əsasında Elşad Əhmədovun quruluş verdiyi "Şəhrizadın oyunu" tamaşasının yeni əmrində başqa bir aktrisanın-Sevda Orucovanın adı yazılıb.
Dünən aktrisa özü də redaksiyamızla əlaqə saxlayaraq xəbəri təsdiqləyib və bunları deyib:
"Sizin bir müddət öncə yazdıqlarınız həqiqət imiş. Halbuki mən həmin vaxt sizə qarşı kobud davrandım və buna görə üzr istəyirəm. Bu haqda sizə geniş müsahibə verəcəyəm".
Amma maraqlıdır ki, bir neçə dəqiqə sonra Kəmalə Məmmədova yenidən fikrini dəyişib. Bu gün isə teatrda iclas olub və xalq artisti Pərvanə Qurbanova Kəmalə Məmmədovanı bir neçə gün öncə dünyasını dəyişmiş xalq artisti İlhamə Quliyeva ilə müqayisə edib:
"Teatrda İlhamə Quliyevalar yetişir. Götürüb ora-bura zəng vururlar ki, müsahibə vermək istəyirəm. Həmin adam bu gün iclasda iştirak etmir".
Əldə etdiyimiz məlumata görə, K.Məmmədova və tamaşanın rejissoru Elşad Əhmədov bu günkü iclasda iştirak etməyib. Mövzunu davam etdirəcəyik.
Xəbəri paylaş
1 6248 dəfə oxunub.
Digər xəbərlər

14-05-2019, 11:04
WhatsApp-la sizi güdə bilərlər - XƏBƏRDARLIQ
26-10-2015, 10:19
Rəsul Quliyevə məlumat ötürən MTN generalı kimdir? - özəl
17-06-2015, 13:25
İrəvanı böyük fəlakə gözləyirlər
27-08-2017, 14:54
Azərbaycanda erkən yaşda ana olanların sayı artıb
10-09-2021, 11:10
Koronavirusu bu xüsusiyyətlərinə görə mövsümi qripdən fərqləndirmək olar - AÇIQLAMA
5-04-2017, 11:48
Əllərinizə baxın, xəstəliyinizi müəyyən edin
12-08-2017, 14:03
Tuğba Çiğdem Türkiyə mediasında: "Maske" ilə iddialı gəlir” – FOTO
21-08-2023, 11:47
Oğru insanları odda bişirib YEYİRLƏR
13-02-2017, 18:27
Ədliyyə Nazirliyi haqqında Əsasnamə dəyişdirildi