Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
AzTV-nin oliqarx sədrinin dosyesi prezidentin masasında - Sensasion faktlar
Tarix: 27-11-2017 | Saat: 10:26
Bölmə:Karusel / Siyasət | çapa göndər



AzTV-nin oliqarx sədrinin dosyesi prezidentin masasında Əkbərova Cəmilə AzTV sədri Arif Alışanovu atasını həbs etdirməkdə suçlayır; Onun sözlərinə görə, atası Əkbərov Şücayət Alışanovun göstərişi ilə düz 9 aydır saxta ittihamlarla həbsdə saxlanır...

Qızı bildirir ki, bir vaxtlar onlar Alışanovlarla ailəvi dost olublar. Amma bir müddət sonra televiziya rəhbəri dostluğa naxələf çıxıb.

İllərlə onun üçün dəyəri milyonlarla ölçülən torpaq sahələri tapıb, satan dostunu - Şücayət Əkbərovu həbsə atdırıb.

Alışanov iddia edib ki, Əkbərov guya onu aldadaraq, 5 milyon manatını mənimsəyib və sonradan onun həyatına sui-qəsd hazırlayıb.

Əkbərovun qızı isə deyir ki, atasının həbsindən sonra Alışanovun bacısı oğlu və sürücüsü anasını yolda maşına otuzdurub, məcburi qaydada Şamaxıda bir notariusa aparıblar:

“Anama təzyiq altında bütün əmlakımızın onlara bağışlanması ilə bağlı sənədə qol çəkdiriblər. Hüquq-mühafizə orqanları AzTV sədrinin göstərişi ilə atamı mühakimə edincə, niyə Alışanovun bu qədər pulu haradan gətirdiyini araşdırmır?”

Alışanov Şamaxının bütün boş torpaq sahələrini həyat yoldaşı Alişanova Mehriban, qızları Aşurbəyova Aynur, Alişanova Nigar, bacısı qızı Cəfərova Nilufər və sürücüsü Babayev Hacının adına alıb.

Palitika.Az media üzərindən araşdırıb ki, Alışanovun Xızıda da imarəti var. O, böyük bir villa tikdirir. Oliqarxlaşmış televiziya rəhbəri ilə bağlı qalmaqallar heç zaman səngimir.

Bir neçə gün qabaq xəbər yayıldı ki, sədr müavini Elsevər Dünyamalıyev ətrafında gərginlik yaranıb

AzTV-nin "boz kardinalı” kimi məşhurlaşan E. Dünyamalıyevlə Arif Alışanov arasında "soyuq müharibə” başlayıb.

İddia olunur ki, buna səbəb Alışanovun müavininin onun yerinə göz dikməsi və televiziyada, həmçinin aidiyyəti orqanlarda buna dair əlaltından işlər aparmasıdır.

Onun gizli işlərindən xəbər tutan Arif Alışanov dərhal hərəkətə keçib və birdən-birə yüksək etimad göstərdiyi Dünyamalıyevin səlahiyyətlərini azaldıb.

Sədr müavini ilk növbədə televiziyanın əsas departamenti sayılan və bütün dövlət qurumlarıyla əsas işlərin aparıldığı, əlaqələrin qurulduğu "Xəbərlər”ə nəzarəti itirib.

Belə ki, departamentin direktoru Məqsəd Nurun TV-dən getməsindən sonra buradakı nəzarəti E. Dünyamalıyev ələ keçirmişdi.

Hətta o, rəsmi təyinatsız nəzarət etdiyi "Xəbərlər”dən xeyli sayda əməkdaşın işdən çıxarılmasına səbəb olmuşdu.

Palitika.Az-ın əldə etdiyi məlumata görə, Alışanovun əməllərindən mətbuat mütəmadi yazır. Onun televiziyada çxardığı hoqqalar, büdcə yeyintisi, mal-mülklərinin artması haqda prezidentə məruzə olunur.

Artıq ölkə rəhbərliyinin də Alışanovun fəaliyyətindən narazı qaldığı bildirilir. Hətta prezidentin masasında onun dosyesi olduğu iddiası var ki, AzTV sədri barədə qərar çıxarıla bilər.

Məlum olmuşdu ki, tenderdə müəmmalı şirkətlər, o cümlədən Yeni Zellandiya, Uruqvay və s. kimi ölkələrin heç kimin tanımadığı şirkətləri tenderi udur və sonradan “əriyib” yoxa çıxırlar.

Bütün bunlar cəmiyyətdə çoxlarını son on ildə dövlət büdcəsindən AzTV-yə ayrılmış 660 milyon manat vəsaitin düzgün xərclənməməsi qənaətinə gətirir.(Palitika.Az)


Xəbəri paylaş

1 1788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___