WhatsApp messencerinin sistemində olan ciddi boşluq hakerlərin istifadəçiləri güdmək üçün onların telefonlarına ziyanverici proqramlar yazmasına imkan verib.
Xəbəraz.Az oxu.az-a istinadən xəbər verir ki, bu haqda mobil messencer xidmətinin rəsmisi BBC-yə açıqlama verib.
Kiberhücumun kütləvi hal almadığı, yalnız "seçilmiş istifadəçilərin" ona məruz qaldığı bildirilir. "Facebook"un sahib olduğu messencerin texniki şöbəsi boşluğu yalnız cümə günü aradan qaldıra bilib.
"Financial Times"ın yazdığına görə, virtual hücum İsrailin "NSO Group" təhlükəsizlik şirkəti tərəfindən təşkil olunub.
Bazar ertəsi, "WhatsApp" ehtiyat tədbiri olaraq 1,5 milyard istifadəçisini tətbiqi yeniləməyə çağırıb.
Hücumun ayın əvvəli qeydə alındığı və bu barədə Amerikanın hüquq mühafizə orqanlarının və təhlükəsizlik ekspertlərinin məlumatlandırıldığı bildirilir.
Deyilənə görə, gizli müdaxilə aşağıdakı kimi olub: seçilmiş istifadəçinin telefonuna WhatsApp zəngi gəlib. İstifadəçi "dəstəyi qaldırmasa" belə onun mobil telefonuna zərərli proqram yazılıb.
Həmin haker proqramı istifadəçinin hərəkətlərini smartfonun kamerası ilə güdməyə imkan verib. Həmçinin kibercinayətkarlar mikrofonla danışıqlarını dinləyə biliblər.
WhatsApp-la sizi güdə bilərlər - XƏBƏRDARLIQ
Tarix: 14-05-2019 | Saat: 11:04
Bölmə:Karusel / M2 / Texnologiya | çapa göndər
Xəbəri paylaş
5208 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-05-2019 | Saat: 11:04
Bölmə:Karusel / M2 / Texnologiya | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
26-08-2015, 13:58
Bakıda “Lexus”da huşsuz vəziyyətdə tapılan qız komadan çıxdı
5-04-2015, 16:46
Rusiyanın sənaye və ticarət naziri Azərbaycana gələcək
24-04-2016, 12:09
Bakının mərkəzində ağır qəza: qadın öldü
12-11-2016, 14:09
İdmançımız Çində Uşu üzrə Beynəlxalq məşqçi sertifikatına layiq görüldü
7-06-2022, 01:01
Şoyqunun qızı azərbaycanlı blogerə görün nə hədiyyə etdi – VİDEO
24-05-2022, 11:26
“Instagram” özünün “Instagram Sans” şriftini təqdim etdi - FOTO
21-09-2022, 11:07
Bakıda "Toyota Prius"lar niyə tez-tez qəza törədir? - VİDEO
14-02-2023, 14:23
"Həmin gecə saat 12-də..." - Dağıntılar altında qalan tələbələrlə bağlı YENİ AÇIQLAMA
16-06-2021, 13:16
3-5 dəfə ƏRƏ GEDƏN, BOŞANAN məşhurlarımız - ADLAR