“Sabah döyüşə oliqarxların tulaları yox, bizim balalarımız gedəcək...”
Tarix: 23-02-2016 | Saat: 13:44
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Ermənistanda “Nor Ayastan” adlı ictimai hərəkatın üzvləri İrəvan yaxınlığındakı “Nubaraşen” təcridxanasının qarşısında aksiya keçirməyə cəhd edib. Lakin penitensionar xidmətin işçiləri buna imkan verməyiblər.
"Xəbəraz.az " “Aravot” qəzetinə istinadən xəbər verir ki, aksiyada məqsəd hərəkatın yanvarın 1-də həbs olunan üzvü Gevorq Səfəryanın və daha üç hərəkatçının vazadlığa buraxılmasını tələb etmək idi. Yanvarın 1-də Gevorq Səfəryan və bir qrup vətəndaş cəmiyyəti fəalı İrəvanda Şaxta baba geyimində gəzinti təşkil edərkən polis onlara müdaxilə edib. Səfəryan polisə qarşı zor tətbiqi ittihamı ilə həbs edilib.
“Nubaraşen” təcridxanasının əməkdaşları aksiyaya icazə verməyiblər və bildiriblər ki, penitensionar xidmətin ərazisində aksiya keçirmək olmaz. Bu zaman aksiyaçı qadın ərazidəki zir-zibili göstərərək onlara deyib: “Sizin ərazinizdir? Onda ərazinizi təmizləyin, yoxsa Ermənistanda ərazini ancaq zəbt edirlər, ancaq təmiz saxlamırlar? Düzgür, bizim böyük ərazimiz var, ancaq bütün ərazi zibillikdir, insanlardan başlamış parlamentə, prezident iqamətgahına qədər”.
Qadının qəzəbi bununla da soyumayıb, həbsxana işçilərinə deyib: “Patriotizmdən danışırsınız, hanı o patriotizm? Təmiz, gənc insanları həbsə atırsınız, sabah sizin əsgər vətəni qorumayacaq. Sabah vətəni qorumağa oliqarxların tulaları getməyəcək, bizim övladlarımız gedəcək. Hansılar ki, burada saxlayırsınız, həbs etmişiniz”.
Xəbəri paylaş
6908 dəfə oxunub.
Digər xəbərlər

4-07-2017, 10:57
Natavanın nişanlısı ilə yeni FOTOları
23-05-2022, 13:32
"Sağlam Ailə" Tibb Mərkəzində NAXOŞ MƏNZƏRƏ... - GİLEY
12-09-2019, 13:25
Bakıda borclunu oğurlayıb işgəncə verən kriminal dəstə üzvü Yerevanda medal qazanıbmış - FOTOLAR
24-06-2017, 09:52
Formula 1 – Azərbaycan Qran-Prisinin ikinci gününə start verilir
15-07-2016, 22:36
Obamadan Fransa ilə bağlı təlimat: "Endirin"
10-03-2017, 13:27
Yaralılar həmin anı belə xatırlayır - “Nəfəsim kəsildi...” + Video
30-04-2018, 16:06
May ayında hava necə olacaq?
18-12-2017, 21:24
"MedEra Hospital" xəstə ölümü ilə bağlı açıqlama yayıb
29-04-2016, 13:20
Moskvada 720 azərbaycanlı “bomj” var
29-11-2016, 21:02
Azərbaycanda icra hakimiyyətlərinə yeni səlahiyyət verildi