Formula 1 – Azərbaycan Qran-Prisinin ikinci gününə start verilir
Tarix: 24-06-2017 | Saat: 09:52
Bölmə:M / Karusel / İdman | çapa göndər
Bu gün Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinin ikinci gününə start verilir.
Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında iyunun 23-də pilotların birinci və ikinci sərbəst yürüşləri olub. Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
Ötən il Bakı mərhələsinin qalibi Niko Rosberq ("Mercedes") olub. 2016-cı ildə Bakı Şəhər Halqasında ən yüksək sürətə (378 km/saat) finlandiyalı pilot V.Bottas imza atmışdı.
Ümumilikdə yarışda liderlik "Ferrari" təmsilçisi Sebastian Fettelə məxsusdur. Onun hesabında 141 xal var. Liderdən 12 xal geri qalan Lyuis Hamilton ikinci, 93 xal toplayan Valtteri Bottas isə üçüncüdür.
Konstruktorlar Kubokunda "Mercedes" 222 xalla birinci, "Ferrari" 214 xalla ikinci, 112 xallı "Red Bull" isə üçüncüdür.
İndiki qaydalara əsasən bolidlərin eni 20 sm artırılıb. Bu il 11 deyil, 10 komanda çempionluq uğrunda mübarizə aparır. Belə ki, "Manor Racing" Formula 1 yarışmasını tərk edib.
Bakıda Qran-Pri ilə yanaşı, Formula 2 yarışı da təşkil olunacaq. Formula 2-nin ilk yarışı iyunun 24-də, qrid düzülüşü ilə baş tutacaq ikinci yarış isə sabah keçiriləcək. (trend)
Xəbəri paylaş
6128 dəfə oxunub.
Digər xəbərlər

18-11-2015, 17:36
Azərbaycan erməni hərbi əsiri geri qaytardı – VİDEO
29-12-2016, 11:42
Yol polisindən sürücülərə bayram - Xəbərdarlığı
11-09-2019, 12:43
“O, Dağlıq Qarabağın Ermənistana verilməsini istəyir...” - ETİRAZ
12-12-2016, 18:45
“670 min manatı həbsdə özünü asan MTN polkovnikinə vermişəm” - ŞOK İDDİA
4-02-2016, 14:50
“İcra başçısı yeni iş yerlərinin sayını açıqladı - İllik hesabat
7-11-2020, 10:32
Koronavirusa yoluxduğunu düşünən ata qızını öldürdüq
11-01-2022, 11:57
Qara pomidor. Qeyri-adi tərəvəzin inanılmaz faydaları
7-06-2016, 23:37
Ərdoğan: "Müsəlman olsaydılar..."
19-03-2015, 16:38
3 erməni hərbçisi məhv edildi, 4-ü yaralandı