Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"MedEra Hospital" xəstə ölümü ilə bağlı açıqlama yayıb
Tarix: 18-12-2017 | Saat: 21:24
Bölmə:Karusel / Gündəm | çapa göndər


“MedEra Hospital” xəstə ölümü ilə bağlı açıqlama yayıb.
 
“MedEra Hospital”dan daxil olan açıqlamada bildirilir ki, xəstə, 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu dekabrın 6-da “MedEra Hospital”a sağ çiyin nahiyəsində ağrılar, hərəkətlərin məhdud olması və bəzi hərəkətlərin qeyri-mümkünlüyü şikayətləri ilə müraciət edib.
 
Daxil olarkən xəstəyə “Sağ çiyin oynağının rotator manjetinin massiv qopması, Supraspinatus və infraspinatus əzələlərin piy distrofiyası” diaqnozu qoyulub.
 
"Özünü uzun müddətdir ki, xəstə hesab edən A.Hümbətov xəstəliyini aldığı travma ilə əlaqələndirirdi. İki ay müddətində etdiyi konservativ müalicənin effektsiz və perspektivsiz olduğunu nəzərə alaraq dekabrın 6-da xəstə üzərində ETN altında “Sağ çiyin oynağının artroskopiyası, Artroskopik assistensiyalı latissimus dorsi əzələsinin transferi” cərrahi əməliyyatı icra edilib.
 
Əməliyyatdan sonrakı dövrdə - dekabrın 7-dən etibarən xəstənin vəziyyətinin pisləşməsi ilə əlaqədar lazımi müayinələr aparıldı. Respublikanın yüksək ixtisaslı  həkimləri ilə birgə geniş həcmli konsilium keçirildi. Son klinik diaqnoz təsdiqləndi: sağ beyin yarımkürəsinin hemisferik kəskin infarktı (sağ daxili yuxu arteriyasınin trombozu), sağ hemisferik ödem, sol tərəfli orta xətt və unkal şift. Lazımi intensiv və reanimasion tədbirlərinin görülməsinə baxmayaraq, 15.12.2017-ci il saat 23:50-də xəstədə bioloji ölüm baş verdi.
 
Xəstənin ölüm səbəbi ilə əlaqədar Respublika Tibbi-Ekspertiza Mərkəzi tərəfindən araşdırma aparılır. “MedEra Hospital” tərəfindən lazımi sənədlər müvafiq quruma təqdim olunub. “MedEra Hospital”ın rəhbərliyi ekspertizanın rəyi açıqlanana qədər xəstəxana tərəfindən əlavə açıqlama verilməyəcəyini KİV-in diqqətinə çatdırır", - deyə açıqlamada bildirilir.
 
Qeyd edək ki, Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanıb.
 
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.(apa)


Xəbəri paylaş

1 3348 dəfə oxunub.

Digər xəbərlər
20-06-2015, 21:35 YENE YOL QEZASI: 5 ölü

bütün xəbərlər
____ Instagram ___