Elmi işçilər üçün yeni güzəştlər ediləcək
Tarix: 17-02-2016 | Saat: 17:54
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Azərbaycanda elmi işçilər üçün yeni güzəştlər tətbiq ediləcək.
Milli Məclisdən verilən məlumata görə, II oxunuşda müzakirəyə çıxarılacaq “Elm haqqında” qanun layihəsinə əsasən, AMEA elmin maliyyələşdirilməsi məqsədilə Azərbaycanın qanunvericiliyi ilə qadağan olunmayan digər fəaliyyət növləri, o cümlədən innovasiya və sahibkarlıqla məşğul olmaq hüququna malikdir. Elmi işçilərin isə Akademiyanın müəssisələrindəki sahibkarlıq fəaliyyətindən və qrant layihələrindən əldə olunan gəlirlərinə görə vergi və rüsum tutulmur.
Layihədə qeyd edilir ki, elmi müəssisə və təşkilatların (eləcə də xarici tərəfdaşların birgə müqavilələr əsasında) Azərbaycana elmi tədqiqatlar aparmaq və qrant layihələrində istifadə olunmaq məqsədilə gətirdikləri elmi avadanlıq, cihaz, qurğu, dəzgah, reaktiv və digər vasitələr gömrük rüsumundan və digər ödəmələrdən azad edilir.
Qanun layihəsinə əsasən, Azərbaycanda dövlət elmi müəssisələri yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilməyə açıq elan oluna bilər. Fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri özəllləşdirilə bilməz.
Qeyd edək ki, "Elm haqqında" qanun layihəsi I oxunuşda qəbul edilmişdi. Lakin layihənin yenidən təkmilləşdirilməsi zəruri hesab edilib. Layihənin təkmilləşdirilmiş yeni variantı II oxunuşda Milli Məclisin fevralın 23-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Xəbəri paylaş
6088 dəfə oxunub.
Digər xəbərlər

25-05-2016, 21:10
Əməkdaşlığı bərpa edirik - Putin
13-03-2021, 09:36
HEYVANLAR HAQQINDA MARAQLI FAKTLAR
26-11-2018, 16:52
“İlham Əliyev mətbuatı şəxsən izləyir” - Solovyov
21-02-2016, 10:25
Yol polisləri könüllü olaraq qan verdilər - FOTO
2-09-2016, 13:11
Bakıda gitaraçı sükan arxasında təhlükəli ŞOU göstərdi - VİDEO
29-05-2017, 14:57
Sinan Akçıl azərbaycanlı bəstəkarın mahnısına klip çəkdirəcək – VİDEO
17-01-2019, 11:04
ABŞ-da qətlə yetirilən azərbaycanlı barədə səfirlikdən AÇIQLAMA
2-05-2016, 20:05
FHN-dən yanan məktəb binası ilə bağlı məlumat - Yeniləndi
27-09-2018, 13:17
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İLƏ ƏMƏKDAŞLIQ EDƏCƏK
31-03-2017, 14:51
Təhlükəli piyada keçidi - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!