Məscidlərdə kitabxanalar yaradılacaq
Tarix: 01-02-2016 | Saat: 19:10
Bölmə:Karusel / M2 / İbadət | çapa göndər
“İnsanların biliklərini daha da təkmilləşdirəcəklərini düşünürük”.
Bakıdakı bəzi məscidlərdə kitabxanaların yaradılması istiqamətində işlər gedir.
Xəbəraz.az xəbər verir ki, bu barədə AzerTAc-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov məlumat verib.
Komitə sədrinin müavini deyib ki, bu layihə təkcə Bakıda deyil, ölkənin bütün məscidlərində həyata keçirilir. Ən yaxşı kitabxananın İsmayıllı şəhər Cümə məscidində yaradıldığını vurğulayan G.İsmayılov qeyd edib ki, bu işlər mütəmadi həyata keçirilir:
“Əslində bu, Prezident yanında Bilik Fondunun layihəsidir. Hazırda bir neçə bölgədəki məscidlərdə bu cür layihələr mövcuddur. Belə kitabxanalar artıq Bakıdakı məscidlərdə də yaradılır. Məsələn, Əjdərbəy məscidində, İçərişəhər “Cümə məscidi”ndə və Qaradağ rayonundakı “Müşfiq” məscidində yeni kitabxanalar qurulur”.
Sədr müavini layihənin məqsədini də açıqlayıb:
“Məscidlərdə kitablar həmişə olub. Amma yeni yaradılan kitabxanalar vasitəsilə biz məscidlərə gələn insanların dini kitablarla yanaşı, həm də dünyəvi ədəbiyyatları əldə edərək oxumasına çalışırıq. Bununla da insanların öz savadlarını, biliklərini daha da təkmilləşdirəcəklərini düşünürük”.
Xəbəri paylaş
6588 dəfə oxunub.
Digər xəbərlər

3-01-2021, 20:00
Türk mediası: Rus əsgərlərinin Qarabağda etdikləri... – Video
7-08-2019, 22:33
Bakıda saxta manat yayırlar - Polis onları axtarır
21-03-2016, 19:28
İki maşın toqquşub, dörd nəfər xəsarət alıb
17-07-2018, 20:55
Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayrıldı - SƏRƏNCAM
21-10-2017, 12:10
Hava yenidən pisləşəcək: leysan gözlənilir
16-01-2016, 18:42
Şəhid ailələri üçün prezident təqaüdünün aylıq məbləği artırılıb
22-11-2016, 18:09
Rayon adamları Bakıda sosial ev ala bilməyəcəklər
11-07-2015, 18:37
Azərbaycanlı hakim Ermənistan klubunun oyununda
4-06-2018, 11:06
Bakıda məktəb direktorunun erməni sevgisi -foto