Şəhid ailələri üçün prezident təqaüdünün aylıq məbləği artırılıb
Tarix: 16-01-2016 | Saat: 18:42
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Təqaüdün məbləği fevralın 1-dən 220 manat müəyyən edilib.
Azərbaycanda şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılıb.
Xəbəraz.az -in məlumatına görə bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev fərman imzalayıb.
“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:
1. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 (iki yüz iyirmi) manat müəyyən edilsin.
2. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1040; 2010, № 9, maddə 771; 2013, № 8, maddə 896) 1-ci hissəsində “200 (iki yüz)” sözləri “220 (iki yüz iyirmi)” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
4248 dəfə oxunub.
Digər xəbərlər

6-09-2018, 19:04
Röya onları təkrarladı - Fotolar
22-04-2015, 11:34
Bakıda tanınmış məşqçi oteldə bıçaqlandı – FOTO + YENİLƏNİB
26-12-2015, 11:13
Dünya çempionunun hamını əsəbiləşdirən hərəkəti (VİDEO)
9-11-2016, 16:01
İlham Əliyev Donald Trampı təbrik etdi
2-09-2018, 11:55
Yapon qadınlarının gözəllik SİRRİ: ayda iki dəfə...
13-09-2019, 06:55
Hədiyyələr ala bilərsiniz - BÜRCLƏR
30-09-2016, 09:33
Şimali koreyalı əsgər Cənuba qaçıb
4-11-2021, 10:13
“Ekspressbank”ın işi-gücü... MƏRAMI NƏDİR? - NARAZILIQ!