Sürücülük vəsiqəsini unudanlara müjdə – VİDEO
Tarix: 14-01-2016 | Saat: 14:00
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər
Maşın sürərkən bu sənədləri özünüzlə götürün.
Sürücülük vəsiqəsi, etibarnamə və qeydiyyat şəhadətnaməsi hər bir avtomobil idarə edən şəxsdən tələb edilən sənədlərdir.
Xeberaz.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, təbii ki, bu sənədlərin ümumiyyətlə yoxluğu kobud qayda pozuntusudur.
Bəzən də elə olur ki, həmin sənədlərdən hansısa biri məsuliyyətsizlik ucbatından sürücünün üzərində olmaya bilər. Məhz belə hallara görə sürücüləri cərimələmək üçün yeni qaydalar tətbiq edilə bilər.
Avtomobil sürərkən bir sıra sənədlərin sürücünün üzərində olmamasına görə cərimə mexanizmi dəyişir.
Söhbət etibarnamə və qeydiyyat şəhadətnaməsindən gedir. Hazırda qüvvədə olan qanunvericiliyə görə, həmin sənədlər sürücünün üzərində olmadıqda onlara 3 saat vaxt verilir.
Həmin müddət ərzində sənədlər gətirilərək polisə təqdim edildikdə avtomobil cərimə meydançasına aparılmır. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə bu güzəşt aradan qaldırılır.
Yeni mexanizm avtomobilə əlavə avadanlıqların quraşdırılması, şüşələrinə plyonkaların yapışdırılması aşkar edildikdə də tətbiq ediləcək.
Sürücülük vəsiqəsinin üzərində olmamasına görə hansısa cərimə nəzərdə tutulmur. Çünki elektron sistem vasitəsilə sürücünün avtomobil idarə etmək hüququnun olub-olmadığını müəyyən etmək olur. Amma bunu hamıya şamil etmək olmaz.
Yeni mexanizmin məqsədi belə hadisələr zamanı yaşanan mübahisələrə son qoymaqdır.
Xəbəri paylaş
9878 dəfə oxunub.
Digər xəbərlər

20-09-2019, 14:23
"Arvadından xəbəri olmayanlar..." - Meyxanaçı Aysu ilə sevgili olmasından danışdı (VİDEO)
19-06-2016, 18:39
FHN Sumqayıt sakinini ölümdən xilas etdi
16-05-2016, 14:03
Nazirlik TQDK-nın təkliflərini qəbul etmədi
26-03-2023, 10:42
İftardan sonra mütləq bunu etməlisiniz - ƏKS HALDA...
11-04-2019, 17:32
Xırdalanda iki polisi bıçaqladılar
2-10-2018, 11:47
Mərkəzi Neftçilər Xəstəxanasına yeni direktor təyin olundu
10-10-2015, 12:44
ABŞ-da müəlliməni şagirdləri ilə cinsi əlaqəyə görə mühakimə etdilər
6-07-2017, 16:20
Burak Özçivitdən bal ayında Fahriye Evcenə qarşı laqeydlik - FOTO
27-02-2016, 09:53
Həftənin ən gözəl qol ötürmələri - VİDEO