Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xırdalanda iki polisi bıçaqladılar
Tarix: 11-04-2019 | Saat: 17:32
Bölmə:Siyasət / Gündəm / Hadisə | çapa göndər

Aprelin 10-da gecə saatlarında Xırdalanın “Sultan” kafesində düşən münaqişə zamanı iki polis əməkdaşı yaralanıb.
Bu barədə Abşeron rayon Polis İdarəsindən məlumat daxil olub.
Məlumata görə, çevik polis alayı əməkdaşı Rəşad Alışev və daxili qoşunların əməkdaşı Orxan Nağıyev kafenin işçiləri ilə müştərilər arasında düşən dava zamanı zərər çəkib.
Nəticədə asayiş keşikçiləri və Orxan Nağıyevin qardaşı Rauf Nağıyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin vəziyyətinin normal olduğu bildirilir.
Məlum olub ki, polis əməkdaşları münaqişə düşən zaman iş başında olmayıb. Onlar kafeyə istirahət məqsədilə gedib. Bu zaman gənclər və iaşə obyekti işçiləri arasında düşən davaya müdaxilə ediblər. 
Hazırda faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

7868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___