Azərbaycanda intihar edənlərin 80 faizi bu niyyətlərini kiməsə deyir
Tarix: 05-01-2016 | Saat: 23:30
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
“Onların fikirlərini bölüşmək lazımdır”.
Aparılan müşahidələrə görə, Azərbaycanda intihara cəhd edən insanlar müalicə olunmağa maraqlıdırlar. Lakin çox adam onları müalicə olunmağa düzgün yönləndirə bilmir.
Xeberaz.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılov deyib.
Onun sözlərinə görə, statistikaya əsasən, intihar edənlərin 80 faizi bu niyyətlərini kiməsə deyir.
F.İsmayılov qeyd edib ki, intihara cəhd edənlərin müalicəyə düzgün yönləndirilməməsinin əsas səbəbi insanların məlumatsızlığıdır:
“İntihar etmək istəyənlər ya sosial şəbəkələrdə həyatdan bezdiklərini, onlar üçün hər şeyin maraqsız olduğunu yazırlar, ya da bu barədə hansısa bir tanışına deyirlər. Ancaq çox adam bunu ciddi qəbul etmir və bu fikirlərə ötəri yanaşır. Ailə üzvlərinin normal bilikləri olsa, onlar uşaqlarının hansısa psixoloji problemləri olduğunu düşünərlər. Onun problemləri ilə maraqlanmaq, fikirlərini bölüşmək lazımdır. Ancaq çox zaman belə hallar olmur. Əgər müəllim uşağın dərsdə daim narahat olduğunu, darıxdığını görürsə, bu barədə valideynlərə məlumat verməlidir. Onlar da psixoqlara, psixiatrlara müraciət etməlidirlər”.
F.İsmayılov deyib ki, Azərbaycan cəmiyyətində psixi pozuntularla bağlı güclü stiqma olduğundan insanlar psixiatr və psixoloqlara da vaxtında müraciət etmirlər.
Mərkəz direktoru hazırda bütün tibb müəssisələrində psixiatr və psixoloqun fəaliyyət göstərmədiyini də açıqlayıb.
F.İsmayılov hesab edir ki, intiharın qarşısını almaq üçün ilk növbədə depressiyanın qarşısını almaq lazımdır. Çünki depressiyaya düşən xəstələrin 20 faizində intihara meyillilik var.
Xəbəri paylaş
6928 dəfə oxunub.
Digər xəbərlər

26-10-2016, 20:55
NATO-dan sərt qərar: Rusiyaya yanacaq verilməyəcək
26-12-2018, 19:06
Fədayə Laçın 5 il həbs yatacaq-QƏRAR VERİLDİ
9-02-2022, 14:05
Məktəbin həyəti, yoxsa direktor Səidə Hacıyevanın inəklərinin örüş yeri ? - Füzuli rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədovanın qanunsuz əməlləri …
31-12-2016, 13:09
Zaur anası ilə fotosunu paylaşdı
15-01-2019, 11:02
Deputatlar bu gündən işə çıxırlar
5-07-2020, 21:21
Türkiyədə pandemiya qurbanlarının sayı 5 mini ötdü
12-09-2023, 18:59
Beyləqanda ŞOK OLAY: Arvadını başqa kişi ilə öpüşərkən tutdu, bağışladı sonra isə...
24-10-2018, 12:40
Azərbaycanda 45 yaşdan sonra ana olanların çoxu şəhərli qadınlardır
21-11-2016, 21:54
Erməniləri narahat edən qətnamə qəbul edildi