Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fədayə Laçın 5 il həbs yatacaq-QƏRAR VERİLDİ
Tarix: 26-12-2018 | Saat: 19:06
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Fədayə Laçına hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - “Qoca” ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, polkovnik Bəhruz Abdullayevin məhkəməsi keçirilib. 
Məhkəmə kollegiyasının hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri Tural Poladxanov və Fuad Hacıyevin hər biri 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il, Əli Ağami 20 il müddətinə azadlıqdan məhrum edilib.
Polkovnik Bəhruz Abdullayevin ittiham olunduğu mənimsəmə ittihamı üzrə ona bəraət verilib və rüşvət almaq maddəsi isə ittihamdan xaric olunub.


Xəbəri paylaş

6208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___