Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi
İTV-də ixtisarlar; 100-dən artıq adamın işdən çıxarıldığı deyilir
Tarix: 18-08-2018, 12:20 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər




Rauf Rəcəbov işdən çıxarılıb, Anar Yusifoğlu efirdən uzaqlaşdırılıb''

İctimai Televiziyada (İTV) kütləvi ixtisarların aparıldığı deyilir. Bu barədətelekanalın adının açıqlanmasını istəməyən əməkdaşı məlumat verib.

Mənbənin sözlərinə görə, 100-dən artıq əməkdaş işi ilə vidalaşıb.

Mənbə deyir ki, İTV-nin yeni direktoru Balakişi Qasımovovun apardığı “özününküləşdirmə əməliyyatı” nəticəsində televiziyada verilişlərin yükünə görə ikinci böyük departament sayılan Gənclər, Elm və Təhsil Departamentinin direktoru Rauf Rəcəbovun da işdən çıxarılıb.

“Reyting.az” saytı Rauf Rəcəbovla əlaqə saxlasa da, o, bu barədə şərh vermək istəməyib.

Mənbənin sözlərinə görə, özü də işdən çıxması üçün ərizəsi istənilən əməkdaşlardandır:

“Elm və Təhsil Departamentinin keçmiş rəhbəri Zaur Mahmudov, onun bacısı oğlu Nihad, “Telli saz” verilişinin aparıcısı Qorxmaz Tofiqoğlu, eləcə də radionun 70 faizi, telekanalın dublyaj, “Carçifilm” departamentlərinin əksər işçilərinə ərizə yazdırıblar. Əməkdaşların çoxunu məzuniyyətdən geri çağırıblar ki, gəl, işdən çıx.
İctimai-siyasi proqramlar departamentinin direktoru Anar Yusifoğlu isə efirdən uzaqlaşdırılıb. Hazırda yay olduğu üçün onun verilişləri dayandırılıb və özü də rəsmi olaraq məzuniyyətdədir. Lakin sezon başlayandan sonra "Diqqət mərkəzi", "Aktual mövzu" proqramlarının gənc jurnalistlərə tapşırılacağı deyilir. Çıxarılanların əksəriyyətinin üzərinə "Alışanovun kadrı " yarlığı vurulur. Əslində tv rəhbərliyi yeni komanda ilə efirə yeni ruh gətirmək istəyir. Yeni gələnlərin əksəriyyəti isə ANS-in Vahid Mustafayev “qanad”ının keçmiş əməkdaşlarıdır. Mirşahin Ağayevə məxsus qanad”ın əməkdaşları isə Real TV-də təmsil olunurlar”.

İTV əməkdaşı deyir ki, sentyabr ayında da informasiya departamentinə, “Yeni gün” səhər verilişinə, ictimai-siyasi proqramlar departamentinə "əl gəzdiriləcək":

“Həmçinin mühasibat və kadrlar şöbəsi, texniki təchizat şöbələrinin heyəti də tam tərkibdə işdən çıxarılacaq. O qədər ştata ehtiyac olmadığı bildirilir. Amma əvəzində yeni kadrlar işə götürülür”.

Hazırda İTV-də yüksək vəzifədə çalışan başqa bir mənbə isə deyir ki, bütün kadr islahatlarını Balakişi Qasımpvun televiziya üzrə müavini Murad Hüseynov aparır:

“Murad Hüseynov prezidentin qızı Arzu Əliyevaya məxsus Bakı Media Mərkəzindən gəlib. Deyilənə görə, bütün kollektiv formalaşandan sonra yenidən geri qayıdacaq”.

Anar Yusifoğlu deyilənləri Meydan TV-yə yalanlayıb. Onun sözlərinə görə, efirdən uzaqlaşdırılmayıb, hazırda məzuniyyətdədir. Murad Hüseynov da deyilənləri təkzib edib.шаблоны для dle 11.2

1528 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
19-09-2018
bütün xəbərlər
____ Instagram ___