Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Baş qərargah rəisini girov saxlayanda ona deyiblər ki,..” - Binəli Yıldırım
Tarix: 27-07-2016 | Saat: 00:38
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Baş qərargah rəisini girov saxlayanda ona deyiblər ki,..” - Binəli Yıldırım
“Türkiyə ilə ABŞ tarixi dostluğa sahibdir. Buna görə də Amerikanın FETÖ-nün lideri Fətullah Gülənin arxasında dayanacağına inanmıram”.

Barədə Türkiyə baş naziri Binəli Yıldırım “The Guardian” qəzetinə müsahibəsində bildirib.

“Bunun millətə qarşı bir çevriliş cəhdi olduğunun fərqinə vardıq və milləti öz gələcəyinə və ölkənin gələcəyinə sahib çıxmağa çağırdıq. Bu hücumu təşkil edənlər əsgər uniforması geyinənlər oldu. Bunlar dərhal danışaraq olub-bitənləri etiraf etdilər. İlk ifadələrdən gəldiyimiz nəticəyə görə bu, çox uzun zamandır planlaşdırılan bir çevriliş cəhdiydi. Baş qərargah rəisini qaçırıb girov saxladıqları zaman da ona bildiriblər ki, Fətullah Gülənlə telefon əlaqəsi saxlaya bilərlər və o da bu hərəkata qoşula bilər”, - deyə Binəli Yıldırım müsahibəsində qeyd edib.

Baş nazir bu hadisədə Türkiyəni qınayanlara da münasibət bildirib: “Həmin şəxslər hadisə zamanı terrorçu kimi davrandılar. Vətəndaşların üstünə tank sürüb öldürdülər, Nazirlər Kabineti və Türkiyə Böyük Məclisi kimi binaları bombaladılar. Bunlara qarşı necə tədbir görməliyik? “Yaxşı edirsiniz, xoş gəldiniz” deməliyik? Mövqeyimiz beləmi olmalıdır? Ölkəmizi tənqid edənlər bizim nə etməyimizi gözləyir?”.

B. Yıldırım Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsinə də toxunub: “Gülən ABŞ-da yaşadığına görə əksər insanlar “Görəsən bu işdə ABŞ-ın əli varmı və ya bu hadisəni Amerika təşkil edib?” kimi suallara cavab axtarır. Türkiyə və ABŞ çox uzun keçmişə malik dostluğa sahibdir. Müttəfiq və strateji ortaqdır. Amerikanın bu terror təşkilatının arxasında dayanacağına inanmıram”.


Xəbəri paylaş

6178 dəfə oxunub.

Digər xəbərlər
14-07-2017, 12:46 Həftə sonunun HAVAsı

bütün xəbərlər
____ Instagram ___