Şəkidə iki avtomobil toqquşdu: üç yaralı var
Tarix: 13-04-2015 | Saat: 18:42
Bölmə:Hadisə | çapa göndər
Şəkidə baş verən yol qəzasında biri ağır olmaqla üç nəfər xəsarət alıb.
Xeberaz.az xəbər verir ki, APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Şəki şəhərinin Bəxtiyar Vahabzadə küçəsində baş verib.
Şəki rayonunun Kiş kənd sakini, 1990-cı il təvəllüdlü Əldo Akif oğlu Əhmədlinin idarə etdiyi "Mercedes" markalı 45 BE 340 dövlət nömrə nişanlı avtomobillə rayonun Oxut kənd sakini, 1989-cu il təvəllüdlü Vüqar Bəhyəddin oğlu Qüvvətovun idarə etdiyi "VAZ-21 010" markalı 09 BH 291 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və "VAZ-21 010"da olan sərnişin, 1997-ci il təvəllüdlü Pərvanə Nizami qızı Mürsəlli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. Şəki MRX-dan APA TV-yə verilən məlumata görə, Vüqar Qüvvətovun vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağır qiymətləndirilir. Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
Qeyd edək ki, qəza nəticəsində "VAZ-21 010" markalı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Vüqar Qüvvətovu çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvələri cəlb olunub.
Xəbəri paylaş
7938 dəfə oxunub.
Digər xəbərlər

11-02-2019, 11:47
Azərbaycanda donuz qripi müəmması
15-08-2016, 20:24
Aparıcı Vüsalənin Bodrum keyfi - FOTOLAR
4-04-2015, 23:20
Kayahan torpağa tapşırıldı- Ərdoğan dəfndə - FOTO, VİDEO
18-05-2017, 13:26
Cəlilabadda iki bacının evindən odlu silah götürüldü
13-03-2017, 18:32
Mehriban Nurayla Müslüm Gürsesi nə birləşdirir? - Video
16-08-2015, 12:42
Bu gün bürcünüz nələr vəd edir?
24-11-2016, 20:57
Avropa çempionumuzdan fərqli fotosessiya
23-09-2017, 16:50
Bakıda metronun qarşısında ölüm - FOTO
15-01-2016, 20:29
20 il əvvəl batan şəxslərin meyidi tapıldı