Ana Sayfa > Hadisə > Şəkidə iki avtomobil toqquşdu: üç yaralı var

Şəkidə iki avtomobil toqquşdu: üç yaralı var


13-04-2015, 18:42. Yazar: Xeberaz
Şəkidə iki avtomobil toqquşdu: üç yaralı var

Şəkidə baş verən yol qəzasında biri ağır olmaqla üç nəfər xəsarət alıb.

Xeberaz.az xəbər verir ki, APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Şəki şəhərinin Bəxtiyar Vahabzadə küçəsində baş verib.

Şəki rayonunun Kiş kənd sakini, 1990-cı il təvəllüdlü Əldo Akif oğlu Əhmədlinin idarə etdiyi "Mercedes" markalı 45 BE 340 dövlət nömrə nişanlı avtomobillə rayonun Oxut kənd sakini, 1989-cu il təvəllüdlü Vüqar Bəhyəddin oğlu Qüvvətovun idarə etdiyi "VAZ-21 010" markalı 09 BH 291 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və "VAZ-21 010"da olan sərnişin, 1997-ci il təvəllüdlü Pərvanə Nizami qızı Mürsəlli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. Şəki MRX-dan APA TV-yə verilən məlumata görə, Vüqar Qüvvətovun vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağır qiymətləndirilir. Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsində "VAZ-21 010" markalı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Vüqar Qüvvətovu çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvələri cəlb olunub.

Geri dön