Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?
Tarix: 08-09-2017 | Saat: 16:21
Bölmə:Filmlər / Gündəm / Təhsil | çapa göndər
Təhsil Nazirliyi orta məktəblərdə həftənin cümə gününə düşdüyü üçün dərslərin sentyabrın 15-dən deyil, sentyabrın 18-dən - bazar ertəsi günündən başlanılacağı ilə bağlı məlumatlara aydınlıq gətirib.
Trend-in sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, dərslər sentyabrın 18-dən deyil, 15-dən başlayacaq.
Nazirlikdən əlavə edilib ki, Azərbaycanda tədris ilinin başlanılma tarixi Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib.
Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli, 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır. Buna görə də bu il də 5 günlük tədris həftəsi ilə təhsil alan şagirdlər dərslərinə sentyabrın 15-də başlamalı, 2 günlük fasilədən sonra, yəni sentyabrın 18-dən tədrislərinə davam etməlidirlər.
6 günlük tədris həftəsi ilə təhsil alanlar isə sentyabrın 15-i və 16-da dərs məşğələlərində iştirak etməlidirlər.
Nazirlikdən o da qeyd edilib ki, hər bir dərs ilində şagirdlər üçün tətil günləri müəyyənləşdirilir. 2017-2018-ci tədris ili üçün müəyyənləşdirilmiş tətil günləri 16-20 noyabr ( 5 gün payız tətili ), 27-31 yanvar (5 gün qış tətili), yalnız ibtidai siniflərin şagirdləri üçün 1-5 maydır (5 günlük əlavə yaz tətili).
Xəbəri paylaş
7448 dəfə oxunub.
Digər xəbərlər

28-02-2016, 21:07
"Boşanmasan, ərini öldürəcəm"
29-07-2015, 21:58
İnsanın damarda qanı donur - Dili açılmamış uşaq şəhid olmuş atasına ağı deyir - VİDEO
20-05-2016, 14:14
Dünya ulduzlarından Britaniyaya müraciət
8-06-2015, 17:38
Ərdoğan seçkilərin nəticələrini şərh etdi
3-10-2019, 10:30
Bakı metrosunda biabırçılıq - Qadınlar saçyolduya çıxdı (VİDEO)
5-04-2017, 20:59
Qadının başına ətçəkən maşın düşdü - Qazaxda
29-12-2016, 14:20
Qışda ayaqları daim üşüyən adamlara MƏSLƏHƏT