Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uşaqpulu gözləyənlərin DİQQƏTİNƏ! - Deputat danışdı
Tarix: 03-05-2019 | Saat: 13:46
Bölmə:M / Gündəm | çapa göndər

Uşaqpulu gözləyənlərin DİQQƏTİNƏ! - Deputat danışdı
"Məruzədə məcburi əməklə məşğul olan 450 uşaq aşkarlandığı bildirilir. Bu uşaqların gələcəkdə insan alveri qurbanına çevrilməsi ehtimalı istisna deyil".

Xəbəraz.Az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsində millət vəkili Fazil Mustafa söyləyib.

F. Mustafa bu uşaqların əksəriyyətinin valideynsiz olduğunu qeyd edib:

"Buna görə də ölkədə Aliment Fondunu yaratmaq lazımdır. Bunun üçün ilkin olaraq, 10-12 milyon manat lazımdır. Uşağın günahı deyil ki, atası aliment ödəmir?! Dövlət Aliment Fondu vasitəsilə həmin uşaqlar üçün vəsait ödəyə, sonra aliment ödəməyən valideynlərdən həmin pulları ala bilər. Digər tərəfdən, ölkədə yoxsuluq səviyyəsi rəsmi olaraq 5,5 faiz olsa da, uşaqlar arasında yoxsulluq faizi 10 faizdir. Uşaq pulunun bərpa edilməsi lazımdır. Uşaq pulunun 6 yaşına qədər verilməsi daha yaxşı olar. Bu halda uşaq pulu ünvanlı ola bilər. Yəni imkanlı valideynlərə bu pul verilməyə bilər".

Millət vəkili Elmira Axundova qanunsuz transplantasiya əməliyyatının aparılmasına nəzarətin gücləndirilməsini vacib sayıb.

Deputat qeyd edib ki, burada söhbət insan orqanlarının alverindən gedir: "Bu hal həm Azərbaycanda, həm də xaricdə yayılmaqdadır. Bu yaxınlarda ölkəmizdə "qara tranplantoloqlar" yaxalanıb, cinayət məsuliyyətinə cəlb olunub. Onlar bir neçə imkanı zəif olan insanları təhrik ediblər ki, öz orqanlarını sataraq qanunsuz əməldə iştirak etsinlər. Halbuki qanunvericiliyə görə böyrək, qaraciyər və digər orqanların tranplantasiyası yalnız ailə üzvlərindən aparılmasına icazə verilib. Ona görə də bu sahəyə nəzarəti gücləndirmək lazımdır, belə faktlar hesabata daxil edilməlidir".


Xəbəri paylaş

6888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___