Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məşhur aktyor canlı yayımda İNTİHAR ETDİ
Tarix: 27-01-2017 | Saat: 18:27
Bölmə:Karusel / Hadisə / Dünya / Şou-Biznes | çapa göndər

Məşhur aktyor canlı yayımda İNTİHAR ETDİ


33 yaşlı ABŞ-lı aktyor Jay Bovdi Facebook vasitəsilə etdiyi canlı yayım zamanı intihar edib.

"Xəbəraz.az " xəbər verir ki, həyəcan xəbəri sonrası Bovdinin avtomobilinə yaxınlaşan polislər məşhur aktyorun cansız bədəniylə qarşılaşıblar.

Ötən həftə Kaliforniyada təcavüz iddiası ilə nəzarətə alınan Bovdinin 100 min dollar girov qarşılığında sərbəst buraxıldığı ifadə edilib.

Aktyorun intihar videosunun Facebook-dan silindiyi deyilərkən, sosial paylaşım saytı "Facebook-da təhlükəsizlik mövzusunda məsuliyyətlərimizi qəbul edirik və çətinlikdə olan insanlara kömək etmək üçün dünya səviyyəsində bir çox təşkilatla əməkdaşlıq edirik" şəklində bir açıqlama verib.

Silahla başından vuraraq intihar edən Bovdinin bu addımını canlı yayımda izləyən şahidlərdən biri isə "Səsi, acısı, gözyaşları, söylədiyi hər şey... Tətiyin çəkiliş səsi məni yerlə bir etdi. O səsi əsla unutmayacağam" ifadələrini işlədib.

Xatırladaq ki, 33 yaşlı Bovdi TV seriallarıyla yanaşı, "The Island" və "Big Brother" kimi reality şoularda da çıxış edib.


Xəbəri paylaş

7388 dəfə oxunub.

Digər xəbərlər
2-09-2017, 12:50 Sabahın havası

bütün xəbərlər
____ Instagram ___