İlham Əliyev tapşırıq verdi - Ermənilər KVN-dən uzaqlaşdırıldı
Tarix: 17-01-2017 | Saat: 14:39
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Xəbər verdiyimiz kimi, “Şən və Hazırcavablar klubları”nın Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalına Dağlıq Qarabağdakı separatçı rejimin komandaları da dəvət olunmuşdu. Məsələ ilə bağlı Azərbaycan XİN-i və Gənclər və İdman Naziriyi etiraz bəyanatı yaymışdılar.
"Xəbəraz.az " xəbər verir ki, Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov qondarma rejimi təmsil edən komandaların siyahıdan çıxarılması ilə bağlı ölkə başçısının birbaşa tapşırıq verdiyini qeyd edib. Bu barədə o, facebook sosial şəbəkəsindəki hesabında yazıb:
“Bir neçə gündür ölkə mətbuatında Dağlıq Qarabağın KVN komandalarının beynəlxalq festivalın iştirakçılarının siyahısından çıxarılması ilə bağlı atılan addımlar haqqında məlumatlar yayılır. Amma nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər onda ədalətli olardı”.
Qeyd edək ki, ötən gün Gənclər və İdman Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” komandalarının iştirakı yalnız 500 komandanın qatıldığı və 10-14 yanvar tarixlərində aparılan seçmə mərhələsi ilə məhdudlaşıb. Həmin komandalar növbəti tura vəsiqə qazana bilməyiblər.
Xəbəri paylaş
8038 dəfə oxunub.
Digər xəbərlər

28-02-2017, 03:00
Alimlər: Yuxu saatınıza fikir verin
7-04-2015, 15:45
Bərdədə polisləri vurub əzdilər
19-01-2023, 10:50
Qarabağda yaşamaq istəyənlər üçün ŞAD XƏBƏR: Bu tarixdən... - VİDEO
13-10-2017, 10:52
Bakıda bacı-qardaşın başını kəsən cani həbs edilmədi - Məhkəmə qərarı
15-11-2015, 01:12
İlham Əliyev “Banklar haqqında” qanuna dəyişiklik etdi
17-02-2020, 12:04
54 yaşlı kişi "İnstaqram"da narkomaniyanı meyxana ilə təbliğ etdi - Polis hərəkətə keçdi
20-09-2015, 12:46
Səninlə evlənəcəyəm deyib qızla cinsi əlaqədə oldu
4-04-2022, 10:50
Güclü külək nə vaxt səngiyəcək? - AÇIQLAMA
9-08-2015, 14:44
Ata yanan qızının sümüklərini seçdi... - VİDEO
7-05-2016, 21:45
Vasif Talıbov sahibkarlarla görüşdü - Foto