Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şit zarafatın acı sonu: mətbəx bıçağı ilə adaşını öldürdü – BİR QƏTLİN TARİXÇƏSİ
Tarix: 25-03-2016 | Saat: 22:27
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Şit zarafatın acı sonu: mətbəx bıçağı ilə adaşını öldürdü – BİR QƏTLİN TARİXÇƏSİ
Balakən rayon sakini, 1980-ci il təvəllüdlü Anar Ömərov fəhlə işlədiyi kərpiç zavodunda həmyerlisi Anar Həmzətovu öldürüb.

"Xəbəraz.az " Publika.az-a istinadən xəbər verir ki, hadisə 4 iyun 2015-ci il tarixində baş verib.

Həmin vaxt Anar Ömərov fəhlə işlədiyi Balakən şəhəri, 28 may küçəsi 7 saylı ünvanda yerləşən “Balakən Kərpic İstehsal Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin kərpic sexində olub. O, siqaret çəkən vaxt həmin müəssisədə fəhlə işləyən Anar Həmzətov onun yanına gəlib və kobud zarafat edərək barmağı ilə onun bədəninin arxa bud hissəsinə toxunub. Bundan sonra Anar Ömərovla Anar Həmzətov arasında mübahisə başlayıb.

Tərəflər arasında mübahisə Anar Ömərovun adaşını öldürmək qərarına gəlməsinə səbəb olub. O, bu məqsədlə sexdə işləyən fəhlələrin yemək yeməsi üçün nəzərdə tutulan masanın üstündən bıçağı götürüb və geri qayıdıb. O, bıçaqla Anar Həmzətova bir neçə zərbə vuraraq, onu öldürüb.

“Anar dedi ki, get yerinə, gələcəm”

Anar Ömərov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub. Onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən Anar Ömərov özünü elan olunmuş ittihamla qismən təqsirli bilib. O, bildirib ki, hadisə baş verən günü siqareti qurtarıb və siqaret almaq üçün həmin zavodda onlarla birlikdə işləyən həmkəndlisi İsmayıl Qorodayevin yanına gedib: “Həmin vaxt İsmayıl mənə bir ədəd siqaret verdikdən sonra avtokarını sürərək getdim. İşlədiyim yerə tərəf gəlmək istəyərkən həmin zavodda fəhlə işləyən Anar Həmzətov arxadan gəldi və barmaqla arxa hissəmə toxundu. Əsəbləşərək Anara “özünü ələ al, belə hərəkət kişiyə yaraşmaz, kişilər arasında belə hərəkət etmək olmaz” deyə bildirdim. Bu zaman Anar dedi ki, get yerinə, gələcəm. Həmin vaxt yanımızda heç kim olmayıb”.

“Çıx get burdan, yoxsa əlimdən xəta çıxacaq”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Anarın həmin hərəkətinə əsəbləşdiyi üçün işlədiyi kərpic kəsim sexinə tərəf gedib: “Orada işçilərin istirahət etmələri üçün nəzərdə tutulan stolun yanında oturdum. Həmin vaxt orada bizimlə birlikdə fəhlə işləyən Ceyhun Əliyev və soyadını bilmədiyim Habil adlı şəxs olub. Təxminən 10 dəqiqə keçəndən sonra Anar yenidən yanıma gələrək, bildirdi ki, bayaq sən nə deyirdin, sən mənə nə edə bilərsən, bayaq nə etmişəm, yaxşı etmişəm. Bu zaman Anar mənə qarşı nalayiq ifadələr işlətməyə başladı. Anara “çıx get burdan, yoxsa əlimdən xəta çıxacaq” deyə bildirdim. Həmin vaxt Anar mənimlə mübahisə edərək yenidən nalayiq ifadələr işlətdi. Bunu görən Ceyhun bizi aralamaq istədi, Habil isə Anar gəlməmişdən qabaq zibil atmağa getmişdi. Ceyhun bizi ayırdıqdan sonra mübahisə etdiyimiz yerdən getmək istədim. Lakin Anar getməyimə mane olaraq yenidən mənimlə mübahisə etməyə başladı. Anarın məndən əl çəkməyəcəyini başa düşdüm”.

“Tutduğum əməldən peşmanam”

Anar Ömərovun sözlərinə görə, bundan sonra fəhlələrin istifadə etdiyi mətbəx bıçağını götürüb və yenidən Anar Həmzətovun yanına gəlib. O, qeyd edib ki, Anarı bıçaqla vurmaqla hədələyib və getməsini tələb edib: “Lakin Anar sözlərimə məhəl qoymayaraq üstümə gəldi. Anarı qorxutmaq məqsədi ilə əlimdəki bıçaqla onun ayağından vurmaq istədim. Bu zaman Anar yerə əyildi və həmin vaxt bıçaq onun sol döş qəfəsinə dəydi. Həmin vaxt səsə digər işçilər də yanımıza gəldilər. Mən isə zavodun qarşısındakı yola çıxdım. Zavodun darvazasının yanında istehsalat rəisi Ramazan Haxovu gördüm və ona bıçaqla Anarı vurduğumu, onu xəstəxanaya aparmağın lazım olduğunu bildirdim. Sonra zavodun qarşısındakı yola çıxarkən həmin vaxt oradan avtomobili ilə keçən polis əməkdaşı Vüsal adlı şəxsi gördüm. Onu saxladaraq avtomobilində rayonun mərkəzinə getdim. Mərkəzə çatandan sonra Vüsalın idarə etdiyi avtomobildən düşdüm. Sonra mərkəzi bazarın yanına gələrək avtobusa mindim. Bu zaman polis əməkdaşı Vüsal gələrək məni həbs etdi. Bundan sonra polis əməkdaşı Vüsalla birlikdə Balakən rayon polis şöbəsinə getdik. Tutduğum əməldən peşmanam”.

“Qardaşımın qatilindən şikayətçiyəm”

Zərərçəkmiş şəxsin hüquqi varisi Gülgün Həmzətovanın sözlərinə görə, mərhum Anar Həmzətov onun qardaşı olub: “Qardaşım təxminən 10 ay olardı ki, Balakən Kərpic Zavodunda fəhlə işləyib. 4 iyun 2015-ci il tarixdə saat 17 radələrində dayımın arvadı Məhbubə Əliyeva zəng edərək qardaşım Anarın iş yerində bıçaqlanaraq öldürüldüyü barədə məlumat verdi. Bunu eşidərək qardaşımın Balakən şəhərində yaşadığı evinə gəldim. Orada qardaşımın Anar Ömərov tərəfindən öldürüldüyü bildim. Qardaşımın qatilindən şikayətçiyəm”.

Məhkəmənin hökmü ilə Anar Ömərov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Anar Ömərovun müdafiəçisi apelyasiya şikayəti verib. Apelyasiya şikayətində Anar Ömərovun cəzasının yüngülləşdirilməsi istənilib.

Apelyasiya şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Anar Ömərovun cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.


Xəbəri paylaş

6818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___