Qazaxıstan BMT TŞ-nin qeyri-daimi üzvü seçildi
Tarix: 28-06-2016 | Saat: 19:12
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Qazaxıstan (138 səslə) 2017-2018- ci il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, BMT TŞ-ə qeyri-daimi üzvlük uğrunda Qazaxıstan Asiya-Sakit okean qrupunda Tailandla mübarizə aparıb. Səsvermənin ikinci raundunda Qazaxıstan rəqibini üstələyib.
Qeyd edək ki, səsvermənin birinci raundunda Boliviya (Latın Amerikası ölkələri qrupu), İsveç (Qərbi Avropa ölkələri qrupu) və Efiopiya (Afrika ölkələri qrupu) 2017-2018- ci il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçilib.
BMT TŞ-nin daha bir qeyri-daimi üzvü səsvermənin üçüncü raundundan sonra müəyyənləşdiriləcək. Bu raundda mübarizə İtaliya və Niderland arasında (Qərbi Avropa ölkələri qrupu) gedir.
BMT TŞ-ə üzv seçilmək üçün onların hər birinə Baş Assambleya üzvlərindən ən azı 129 səs toplamaq gərəkdir.
Qeyd edək ki, bu il BMT TŞ-də yerlər aşağıdakı qruplar arasında bölünüb: Afrika ölkələri, Asia-Sakit okean, Latın Amerikası və Qərbi Avropa regionları. Şərqi Avropa ölkələri TŞ-ə qeyri-daimi üzvlüyü hələ 2017-ci ilin sonunadək davam edəcək Ukrayna ilə təmsil olunub.
Qeyd edək ki, Anqola, Venesuela, İspaniya, Malayziya, Yeni Zelandiya 2016-cı ilin dekabrın 31-dək TŞ-i tərk edəcəklər.
BMT TŞ-ə 15 dövlət daxildir: 5 daimi və iki il müddətinə seçilən 10 qeyri-daimi üzv.
Hazırda TŞ-də Anqola, Venesuela, Misir, İspaniya, Malayziya, Yeni Zelandiya, Seneqal, Ukrayna, Uruqvay, Yaponiya təmsil olunub.
Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa qurumun daimi üzvüdür.
6598 dəfə oxunub.
Digər xəbərlər

20-02-2016, 21:03
“Bəzi futbolçulara başa salmaq lazımdır ki...” - Əsgər Abdullayev
1-10-2022, 10:48
Bakıda səs yazısı yayılan məktəb direktoru CƏZALANDIRILDI
5-11-2017, 12:15
Ermənistan atəşkəsi 125 dəfə pozdu
19-08-2015, 15:06
Xəzərdə itən balıqçılarla bağlı - SON MƏLUMAT
14-06-2015, 19:24
Zorlamada şübhəli bilinən şəxs intihar etdi
3-04-2023, 12:07
Hər gün 5 alma çəyirdəyi yeyin. İNANILMAZ FAYDALARI!
7-02-2017, 19:11
Beynəlxalq danışıq tarifləri artırılıb? - NAZİRLİKDƏN AÇIQLAMA
21-02-2017, 11:18
Bankdan oğurlanan 3 milyon terrorçuların əlinə keçib? - Şok ehtimal
29-01-2016, 14:14
Röya yeni hitini təqdim edib (VİDEO)