"Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində protokol imzalandı (FOTO)
Tarix: 02-06-2016 | Saat: 17:41
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində protokol imzalanıb.
Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Rusiyanın Soçi şəhərində 11-ci Beynəlxalq dəmir yolu biznes forumu keçirilir. Forumda ölkəmizi "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Forum çərçivəsində bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Rusiya Dəmir Yolları" ASC-nin Prezidenti Oleq Belozyorov və İİR Dəmir Yolunun Baş direktoru Mohsen Purseyid Ağayi birgə görüş keçiriblər.
Görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri, dəhlizə yüklərin cəlb olunması kimi məsələlər diqqət mərkəzində olub. Danışıqlar zamanı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun təklifi ilə nəqliyyat dəhlizinin inkişafının sürətləndirilməsi üçün TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunda olduğu kimi, Simal-Cənub marşrutunda da Koordinasiya Komitəsinin yaradılmasına dair qərar qəbul olunub.
Görüşün sonunda tərəflər arasında protokol imzalanıb.
Görüşdə Finlyandiya Dövlət Dəmir Yolu konserninin rəhbəri Mikael Aro da iştirak edib. Aparılan danışıqlarda Finlyandiyanın da "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinə cəlb olunması məsələsi müzakirə edilib. Finlyandiya təmsilçisi ölkəsinin bu nəqliyyat dəhlizinə maraq göstərdiyini bildirib.
Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistan, İran körfəzi ölkələri, İran və Azərbaycandan keçməklə daha sonra Rusiya, Baltik dənizi hövzəsi ölkələri və Skandinaviya ölkələrinə qədər uzanır. Finlyandiyanın dəhlizə qoşulması nəqliyyat dəhlizinin potensialını daha da gücləndirəcək.
Xatırladaq ki, layihəyə 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində Rusiya, İran və Hindistan arasında imzalanan razılaşma ilə start verilib. 2005-ci il sentyabrın 20-də layihəyə Azərbaycan da qoşulub. 2016-cı il aprelin 20-də isə Azərbaycanla İran sərhəddində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində dəmir yolu korpüsünün tikintisinə start verilib.
Xəbəri paylaş
6308 dəfə oxunub.
Digər xəbərlər

11-01-2016, 15:24
Üstün insanların beyninə bu cihaz qoşulacaq - HEKAYƏ
28-04-2016, 21:46
Qadın uşaqlarını asıb sonra özünü öldürdü
18-04-2015, 23:50
SƏLƏFİLƏR TƏŞVİŞƏ DÜŞÜB
2-02-2016, 16:02
BU MÜĞƏNNİ DƏ SİNƏ DEKOLTESİ İLƏ GÖZ QAMAŞDIRDI - FOTO
30-03-2017, 11:33
Kənan: "O insanları dişimlə parçalamaq istəyirəm"
23-06-2022, 12:22
“Siyəzən Broyler”in “KənDad” məhsuluna ETİRAZ! - QALMAQAL
3-11-2016, 11:57
Azərbaycanlı aparıcı Neslihan Atagül ilə eyni mərasimdə - FOTOLAR
15-08-2017, 22:35
Bakıda “Gelandewagen”lərin toy karvanı hərəkəti iflic etdi - Video
24-04-2018, 19:41
Azərbaycanın əməkdar artisti vəfat etdi