Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
YAP yaşlı nəslin nümayəndələrinin üzvlüyə qəbulunu dayandırıb - RƏSMİ
Tarix: 15-02-2016 | Saat: 11:10
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

YAP yaşlı nəslin nümayəndələrinin üzvlüyə qəbulunu dayandırıb - RƏSMİ
“YAP-da qəbul məsələsinə çox ciddi yanaşırıq. Yaşlı nəslin nümayəndələrinin YAP-a qəbulunu dayandırmışıq. Yeni üzvlərin 75 faizi gənclərdir. Yaşlı insanlar üzvlük üçün müraciət edərkən onlarla bağlı araşdırma aparırıq. Araşdırmanın nəticəsindən asılı olaraq, qərar qəbul edəcəyik. Tutaq ki, 50-60 yaşlı insan partiyaya üzv olursa, deməli, burada hansısa məqsədi var. Belə hallar bir neçə dəfə olub. Elə insanlar olub ki, bələdiyyə seçkilərində qələbə qazanmaq üçün partiya sıralarına üzv olub. Biz belə halların qarşısını alırıq”.
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, Yeni Azərbaycan Partiyasının daxilində təşkilatı tənqid edən yoxdur: “YAP-ı tənqid etmək üçün əsas olmalıdır, çünki ölkədəki ictimai-siyasi proseslərdə partiyamız aktiv iştirak edir. Ötən il Milli Məclisə keçirilən seçkilər bunu bir daha sübut etdi. YAP parlamentə 71 mandat qazandı. Bu, xalqın partiyaya dəstəyi idi. Kimsə partiyanı tənqid edirsə, bu, başadüşülən deyil”.

Partiya rəsmisinin sözlərinə görə, bir qrup insan gündəmdə qalmaq üçün YAP-ı tənqid edir: “Buna baxmayaraq, partiya işini yüksək səviyyədə davam etdirir. Bir neçə gün öncə YAP-ın İdarə Heyətinin iclasında partiyanın fəaliyyətinin qiymətləndirilməsi məsələsi müzakirəyə çıxarıldı. İclasda partiyanın 2015-ci il fəaliyyəti yüksək qiymətləndirildi”.

S.Novruzov deyib ki, əgər partiyaya qarşı tənqid varsa, bu, müzakirə olunur: “Əslində, deyilənlər tənqid deyil. Bəzi insanlar var ki, mətbuat onları yada salmır. Onlar YAP-ın adını çəkməklə mətbuatın diqqətini çəkməyə çalışırlar. Prezident İlham Əliyevin, ictimaiyyətin yadına düşmələri üçün müxtəlif fikirlər səsləndirirlər. Bu da bizə bəllidir”.


Xəbəri paylaş

5638 dəfə oxunub.

Digər xəbərlər
8-01-2018, 12:05 Kök suyunun 24 faydası

bütün xəbərlər
____ Instagram ___