"Adamları vurmamaq üçün özümü ölümə verdim" - 6 maşın toqquşdu - VİDEO
Tarix: 02-11-2016 | Saat: 20:24
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
!["Adamları vurmamaq üçün özümü ölümə verdim" - 6 maşın toqquşdu - VİDEO "Adamları vurmamaq üçün özümü ölümə verdim" - 6 maşın toqquşdu - VİDEO](/uploads/posts/2016-11/1478103862_kamaz_2.jpg)
Paytaxtın Qaradağ rayonunda altı avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.
ARB TV xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Sahil qəsəbəsinə gedən yolun 39-cu kilometrliyində qeydə alınıb.
Elmir Bayramov "KamAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə mişar daşla yüklü "KamAZ" aşıb. Həmin vaxt bir neçə avtomobilin sürücüsü hadisəyə baxmaq üçün nəqliyyat vasitəsindən düşərək yolun hərəkət hissəsində dayanıb.
Tamaşa isə həm özlərinə, həm də Sahil qəsəbəsi istiqamətində "KamAZ" markalı yük avtomobili ilə hərəkətdə olan Teymur Teymurluya baha başa gəlib. Çünki yük maşını idarəetmədən çıxaraq "QAZ 3110", "QAZ 2410" və "VAZ 2107" markalı minik avtomobillərinə çırpılıb. Hadisə zamanı Raqif Şəfiyevə məxsus "İsuzu" markalı yük avtomobilinə də ziyan dəyib.
Teymur Teymurlu - "KamAZ"ın sürücüsü: "Məndən əvvəl yük maşını aşmışdı yolun ortasına. Yolun ortasına daş tökülmüşdü. Mən karyerdən çıxanda gördüm ki, adamlar var. Sağdan-soldan maşının işığı düşdü, adamları vurmamaq üçün maşınımı aşırdım, özümü ölümə verdim".
Rəşad İbişov - Şahid: "Camaatı vurmamaq üçün maşını sağa çəkdi. Sağa çəkəndə daş ələndi yola. Daşın üstünə çıxıb maşın aşdı. Maşın aşanda da digər maşınları biçə-biçə getdi. 30 minlik "KamAZ" məhv oldu".
Qəza zamanı xəsarət alan olmayıb. Yararsız hala düşən avtomobillər cərimə meydançasına aparılıb. Hadisə yerinə cəlb olunan DYP əməkdaşları qəzanın səbəblərini müəyyənləşdirirlər.
Xəbəri paylaş
7388 dəfə oxunub.
Digər xəbərlər

17-07-2016, 02:22
Tvitterdən terrora ikili yanaşma: Türkiyə-Fransa
28-12-2017, 17:38
Müəllimlərin maaşı nə qədər artacaq? - AÇIQLAMA
12-10-2017, 10:15
Gənclərimiz torpaq əkib-becərmək yerinə Rusiya bazarlarına alverə gedirlər” - DEPUTAT
26-08-2020, 13:13
İlham Əliyev və xanımı Mədəniyyət Evinin açılışında - FOTO
1-11-2015, 15:17
Azərbaycanın ən böyük bankında ciddi ixtisarlar olacaq
2-05-2020, 00:05
Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
22-01-2022, 11:59
Azərbaycanda karantində qalma müddəti azaldıldı
27-04-2016, 12:10
Rusiya Suriyadan imtina etdi
14-07-2021, 20:24
Niyə görə ər-arvad ayrı çarpayıda yatmalıdır? - ALİMLƏRDƏN AÇIQLAMA