Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əsəbi adamı "quzu kimi" sakit edən bitki
Tarix: 06-11-2023 | Saat: 09:18
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Depressiya, təşviş pozuntusu, əsəb gərginliyi keçirən, həyatdan zövq almayan insanlarda beyində serotonin hormonunun miqdarını artırmaq, yəni bir növ insanı süni yollarla xoşbəxt hisslər keçirməyə sövq edən antidepressantlar adlı preparat yazılır.

Milli.Az xəbər verir ki, əgər siz də bu həddə çatmısızsa, antidepressant qəbuluna keçməzdən öncə bu bitkinin dəmləməsi və məhlulunu içməyi sınayasız.

Adi dazı otu (zveroboy) adlı bu dərman bitkisi hələ İbn Sina, Hippokrat tərəfindən nevralgiyaların müalicəsində istifadə olunurdu.

Antidepressant təsiri ilk dəfə 1652-ci ildə Nikols tərəfindən icad edilib və bu ot tərkibli vasitələr antidepressant kimi tətbiq olunub.

Bitkinin aktiv maddəsi hiperisindir, serotonini aktivləşdirir. Qanda serotonin artdıqda, əhval qalxır, qəm-qüssə dağılır, insan yaşamaq eşqi ilə alışır, yuxusu normallaşır. Elə hazırda da bir çox damcı və dərmanların tərkibində dazıotu var.

Təbii antidepressant kimi necə qəbul etməli?

10 qr quru bitkinin üzərinə 1 stəkan qaynar su əlavə edib, 40 dəqiqə dəmə qoyursuz. Süzüb, alınan məhlulu gündə 6 dəfə olmaqla yeməkdən sonra 1 xörək qaşığı olmaqla içib bitirirsiz.

10 yaşından yuxarı uşaqlara vermək olar.

Hamilələr ehtiyatlı olsun.

Dazıotu təkcə əsəblər üçün yox, mədə-bağırsaq, böyrəklər, ginekoloji orqanların iltihabı üçün də əvəzsizdir. /medicina.az



Xəbəri paylaş

6798 dəfə oxunub.

Digər xəbərlər
2-04-2016, 14:46 Sahibkarların nəzərinə

bütün xəbərlər
____ Instagram ___