Gələn il kimlərin kreditləri silinəcək? - Deputat açıqladı
Tarix: 05-11-2023 | Saat: 18:34
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Xəbəri paylaş
2848 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-11-2023 | Saat: 18:34
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
2024-cü ilin dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli ilə üçün 1.7 milyon manat kompensasiya ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı çoxsaylı sualların olmasını nəzərə alaraq qeyd etmək istərdik ki, əvvəlki illərdə də bu məqsədə dövlət büdcəsindən vəsaitlərin ayrılması nəzərdə tutulurdu.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
"Bu ilin sentyabrında Qarabağda aparılan antiterror əməliyyatlarında şəhid ailəsi statusu almış ailələrin kredit borcunun silinməsi də qanunveririclikdə öz əksini tapıb. Qeyd edək ki, "Vergi Məcəlləsinə" əsasən, Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirlərə aid edilmir. Müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid edilir.
Bu baxımdan, qeyd olunan priortitet qruplar üçün kredit borcunun silinməsi növbəti ildə də nəzərə alınacaq. Bu isə, həmin ailələrin sosial təminatının gücləndirilməsi məqsədi daşıyır", - deyə deputat bildirib.
Xəbəri paylaş
Digər xəbərlər
29-03-2015, 00:12
Qanuni oğrular haqqında sənədli film video
7-08-2016, 23:17
Azərbaycan prezidenti: “Sabah tarixi addımlar atılacaq”
16-06-2017, 10:58
Rüfət bu klipə görə hədələnir
14-08-2016, 09:49
General: “Rusiya bu dörd istiqamətdən hücum edəcək”
31-10-2016, 14:45
"Bakıda yeni sürüşmə sahələrinin yaranması mümkündür"
2-10-2019, 11:21
24 yaşlı qız bakirəliyini millət vəkilinə satdı - FOTO
21-07-2015, 00:35
İlham Əliyev: Son dərəcə sarsıldım
7-09-2016, 01:47
Prezident Obamanı söydü: “Küçüyün balası”-Filippin Prezidenti