İsraildə HƏMAS radikalları tərəfindən qaçırılan tələbə Şani Lukun anası qızının ölümünü təsdiqləyib.
Bu barədə Rikarda Luk RTL və NTV telekanallarına açıqlayıb.
"Təəssüf ki, dünən qızımın artıq həyatda olmadığı xəbərini aldıq", - deyə 22 yaşlı qızın anası deyib.
Hələlik alman qızın ölümünün rəsmi təsdiqi yoxdur. Onun anası əvvəllər qızın sağ olduğunu, lakin vəziyyətinin ağır olduğunu iddia edirdi.