Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident İlham Əliyev yaşayış məntəqələrinin qazlaşdırılmasına vəsait ayırıb - SİYAHI
Tarix: 05-03-2018 | Saat: 21:55
Bölmə:Karusel / Gündəm | çapa göndər


Prezident İlham Əliyev yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Son illər əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilib, qaz təchizatı infrastrukturu yenidən qurulub, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkilib, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işləri aparılıb.
Əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi 93 faizə çatdırılıb və bu önəmli strateji sosial layihənin həyata keçirilməsində dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilib.
Sərəncamda qeyd edilir ki, 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.41.1-ci yarımbəndində göstərilmiş məbləğin 100 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın.
Nazirlər Kabinetinə tapşırılıb ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.
Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Sıra
№-si
Yaşayış məntəqəsi

Lənkəran rayonu
1Mollakənd kəndi
2Şovu kəndi

Şəki rayonu
1Çayqaraqoyunlu kəndi
2Baş Küngüt kəndi

Yevlax rayonu
1Rüstəmli kəndi
2Qaraməmmədli kəndi

Ağcabədi rayonu
1Biləyən kəndi
2Şotlanlı kəndi

Ağdaş rayonu
1Orta Ləki kəndi
2Aşağı Nemətabad kəndi

Ağsu rayonu
1Nuran kəndi

Astara rayonu
1Rinə kəndi

Beyləqan rayonu
1Əmirzeydli kəndi

Bərdə rayonu
1Hacıbəyli kəndi
2Kafarlı kəndi

Cəlilabad rayonu
1Cəlayir kəndi

Daşkəsən rayonu
1Quşçu kəndi
2Bayan kəndi

Gədəbəy rayonu
1Çaldaş kəndi
2Səbətkeçməz kəndi

Goranboy rayonu
1Həmənli kəndi

Göyçay rayonu
1Kürdşaban kəndi
2Şəkili kəndi

Göygöl rayonu
1Şəhriyar kəndi
2Kərəmli kəndi
3Çaykənd kəndi

Xaçmaz rayonu
1Krasnı Xutor kəndi

İmişli rayonu
1Aranlı kəndi
2Qızılkənd kəndi

İsmayıllı rayonu
1Lahıc qəsəbəsi
2Qaraqaya kəndi
3Gəndov kəndi
4Namazgah kəndi

Kürdəmir rayonu
1Qarasu kəndi

Qax rayonu
1Meşəbaş kəndi

Qəbələ rayonu
1Mıxlıqovaq kəndi
2Kötüklü kəndi

Qobustan rayonu
1Şıxzahırlı kəndi

Quba rayonu
1Ərməki kəndi
2Güneyməhlə kəndi

Qusar rayonu
1Piral kəndi
2Cibir kəndi

Lerik rayonu
1Veri kəndi

Masallı rayonu
1Tatyanoba kəndi
2Güllütəpə kəndi

Neftçala rayonu
1Ərəbqardaşbəyli kəndi
2Cəngan kəndi

Oğuz rayonu
1Muxas kəndi

Saatlı rayonu
1Məzrəli kəndi
2Azadkənd kəndi

Sabirabad rayonu
1Yuxarı Axtaçı kəndi
2Yastıqobu kəndi

Salyan rayonu
1Düzənlik kəndi
2Peyk kəndi

Siyəzən rayonu
1Qozağacı

Şabran rayonu
1Sumağava Qazma kəndi
2Qorğan kəndi

Şamaxı rayonu
1Bağırlı kəndi
2Ovçulu kəndi

Şəmkir rayonu
1Yeni Göyçə kəndi
2Şəmkir şəhərinin “Sərxan” adlanan ərazisi
3Qaracəmirli kəndində yeni massiv

Tərtər rayonu
1Soyulan kəndi
2Hacallı kəndi
3Alışarlı kəndi
4Rəcəbli kəndi
5Kövdadıq kəndi
6Bildirçinli kəndi
7Umudlu kəndi
8Aşağı Qapanlı kəndi

Tovuz rayonu
1Hunanlar kəndi
2Əhmədabad kəndi

Ucar rayonu
1Ramal kəndi
2Əlikənd kəndi

Yardımlı rayonu
1Gavran kəndi

Zaqatala rayonu
1Bəhmətli kəndi
2Lahıc kəndi

Zərdab rayonu
1Şıxbağı kəndi
2Nəzəralılı kəndi
Məcburi köçkünlərin yaşadığı ərazilər üzrə

3 rayonda 4 qəsəbə

Ağdam rayonu
1Ergi adlanan ərazidə salınmış qəsəbə (Ağdam, Şuşa və Laçından olan məcburi köçkünlər)
2“Mirzələr” qış otlağı ərazisində salınmış yaşayış massivi (Şuşadan olan məcburi köçkünlər)

Ağcabədi rayonu
1Taxtakörpü adlanan ərazidə salınmış qəsəbə (Laçından olan məcburi köçkünlər)

Sabirabad rayonu
1Rüstəmli kəndinin ərazisində salınmış qəsəbə (Zəngilandan olan məcburi köçkünlər)



Xəbəri paylaş

6918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___