Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qubada toy karvanında ağır qəza: Ölənlər var - FOTO
Tarix: 22-10-2023 | Saat: 19:41
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər



Bu gün saat 15:00 radələrində Quba-Xınalıq yolunun 3-cü kilometrliyində Quba rayon sakini Fərhad Talıbovun idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi "İnfiniti" markalı nəqliyyat vasitələri toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan  verilən xəbərə görə, hadisə nəticəsində F.Talıbov eləcə də, sərnişinləri Sübhan Salmanov və İlkin Rzayev aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Avtomobildə olan digər iki nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. İlkin məlumata görə, qəza toy karvanının hərəkəti zamanı baş verib.

Faktla bağlı Quba RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqaləyə dair fotomateriallar:




Xəbəri paylaş

4188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___