Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"İtkin düşən alpinistlərimizin son "online" vaxtı..." - "Whatsapp" qrupu ilə bağlı MÜƏMMA BÖYÜYÜR
Tarix: 11-05-2018 | Saat: 17:45
Bölmə:Karusel / Hadisə | çapa göndər

"İtkin düşən alpinistlərimizin son "online" vaxtı..." - "Whatsapp" qrupu ilə bağlı MÜƏMMA BÖYÜYÜR
2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman Klubunun itkin düşmüş 3 üzvü ilə bağlı müəmmalı faktlar meydana çıxıb. Məlum olub ki, klubun itkin düşmüş üç üzvü - Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızı bu yaxınlarda müxtəlif vaxtlarda “Whatsapp” messencerində üzv olduqları qrupları tərk ediblər.

“Gilavar" - hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımlı modern.az-a faktı təsdiq edib:

“Bizim bir neçə “Whatsapp” qrupumuz var. Arda-arda uşaqların hər üçü qruplardan çıxdı. Həmin ankı hislərimi ifadə etməkdə çox çətinlik çəkirəm, çox həyəcanlandım. Dərhal nömrələrinə zəng etdim, amma təəssüf telefonları bağlı idi. İnternet üzərindən araşdırma apardıq, belə anladıq ki, uzun müddət istifadə etmədiklərinə görə, “Whatsapp” onları özü çıxarıb. Amma necə, nə cür olur anlamadıq. Uşaqların son “online” vaxtı itkin düşməzdən əvvəlki tarixi göstərir. Yəni faktiki olaraq qrupdan çıxmaq üçün “online” görünməli idilər, amma dediyim kimi, son “online” vaxtı ötən ilin dekabrını göstərir.

Onlar sağdırsa və qrupdan çıxmaq istəyiblərsə belə, “online” görünməli idilər. Hər şey eyni anda baş verdi: “Babur qrupu tərk etdi”, “Fəridə qrupu tərk etdi” və... stresli vəziyyətə düşdük, çox silkələndik həmin an”.

Z.Qasımlı “bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat vermisinizmi” sualına cavab olaraq, “xeyr”, deyə bildirib:

“Burada FHN-lik bir şey görmədim deyə əlaqə saxlamadım. Amma indi onlarla əlaqə saxlayacağam”.


Xəbəri paylaş

9128 dəfə oxunub.

Digər xəbərlər
30-10-2015, 12:43 Neftin son qiymətləri

bütün xəbərlər
____ Instagram ___