"Bu tarixlərdə dənizə girmək təhlükəlidir" - XƏBƏRDARLIQ
Tarix: 08-07-2023 | Saat: 15:52
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
1098 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 08-07-2023 | Saat: 15:52
Bölmə:Karusel / Gündəm | çapa göndər
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.
Nazirlikdən verilən məlumata görə, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 8-i günün ikinci yarısından iyulun 10-u axşamadək bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, yağıntıların bir sıra ərazilərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır. Eyni zamanda, iyulun 10-u səhərdən 11-i axşamadək Bakı şəhəri və Abşeron yarımadasında da güclü külək əsəcəyi gözlənilir.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi göstərilən ərazilərdə yaşayan və istirahət edən vətəndaşlara müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir”.
Xəbəri paylaş
Digər xəbərlər
5-01-2016, 18:59
İŞİD 35 türkmənin başını kəsdi
27-08-2015, 11:29
Oğlu öldürülən ata Azadlıq meydanında özünü yandırmaq istədi
16-11-2015, 00:21
Eldar Mahmudovun qudası “Bandotdel”də dindirilir
26-10-2015, 16:10
Saçyoldusuna çıxan qadınları su ilə ayırdılar (VİDEO)
15-06-2016, 20:10
Moskvada MDB Müdafiə nazirləri toplandı
28-01-2019, 13:54
Bakıda bir ailədən 4 nəfərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı
2-04-2017, 12:03
Fərdanın Türkiyədə çəkildiyi filmlə bağlı QALMAQAL: "İdeyanı məndən oğurlayıblar" - FOTO
14-12-2016, 13:27
Netanyahu Nazarbayevə buna görə təşəkkür etdi
15-07-2017, 10:37
“WhatsApp”dan möhtəşm yenilik