Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu cəmiyyətdə bəzən adi yemək bişirməyə, votsapa görə də qadın öldürülə bilir...
Tarix: 21-04-2022 | Saat: 12:23
Bölmə:Karusel / Gündəm / Qadınlar / M2 | çapa göndər


Xəyanət edən kişi ancaq mafiyadan bəhs edən türk seriallarında cəzalandırılır. "İhanetin bedeli ölümdür!" deyilərək...
Real ailə münasibətində isə kişinin etdiyi xəyanətə görə ağır cəzaya məruz qalması nümunəsi yoxdur. Çünki Azərbaycanda xəyanətə uğrayan qadınların məsələyə münasibəti iki cür olur - ya anasının "Ay qızım, gəzməyən kişi var? Sənin dədən də gəzirdi. Başını aşağı sal, balalarını saxla" məsləhəti ilə  buna göz yumur, ya da heç kimi dinləməyərək boşanır. Amma heç bir halda qadın cinayətə əl atmır. Hər halda ölkəmizdə kişinin xəyanətinə görə arvadı tərəfindən öldürüldüyünü eşitməmişəm.
Kişilərdə isə belə deyil, məsələyə daha qəddar yanaşılır, xəyanəti öyrənən ər, həyat yoldaşının "ölüm fərmanı"nı qollayır - qadın bıçaqlanır, baltalanır, güllələnir, başı kəsilir, qətlə yetirilir. Hətta arvadını öldürəndən sonra öz canına qəsd edənlər də var.
Son günlərdə Azərbaycanda dəhşətli oxşar qətl hadisələri baş verir. Sanki bu, trendə çevrilib. Ən dəhşətlisi odur ki, sosial şəbəkələrdə bu qətllərin səbəbi daha çox xəyanətlə əlaqələndirilir. Biz buna əmin ola bilmərik axı... Çünki bu cəmiyyətdə bəzən adi yemək bişirməyə, votsapa görə də qadın öldürülə bilir.
Səbəb hər nə olursa olsun, nəticədə günahsız körpələr həm atasını itirir, həm də anasını. Bir uşaq üçün bundan daha dəhşətli hansı travma ola bilər ki?
Əvvala onu qeyd edim ki, mənə görə xəyanətin erkəyi, dişisi yoxdur. Xəyanət birmənalı olaraq xəyanətdir. Bu, kişi üçün də keçərlidir, qadın üçün də, Vətən üçün də, dost üçün də. "Kişini bağışlamaq olar, qadını yox" düşüncəsi isə boşboğazlara məxsusdur.
Bəs, kişi-qadın münasibətində xəyanətin cəzası ölümdürmü? Əlbəttə YOX!
Bəs, məhkəmələr nə üçündür, boşanmalar nəyə görədir? Çox az hallarda bu mədəni üsula əl atanlar var.
Ümumiyyətlə, bu durumlarda kişini cinayətə daha çox təhrik edən cəmiyyətdir, mentalitet bədbəxtliyidir. Kənd camaatının qınağıdır, çayxana söz-söhbətidir. "Ə, sən nətər kişisən?" sualını eşitməkdən qorxmaqdır...
Axı niyə? Nəyə görə bir insan kimisə öldürüb həm başqasının, həm də öz həyatını puç etməlidir? Bəs, arvadını öldürüb türməyə düşənin uşaqlarına kim baxacaq - kənd camaatı, yoxsa çayxana söhbəti edənlər?
Yaxşı düşünün, Cinayət Məcəlləsində qəsdən adam öldürmənin cəzası 9 ildən 14 ilədəkdir. Boşanma rüsumu isə 20 manat...
Qafqazinfo.az



Xəbəri paylaş

1 6558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___