DYP sürücülərə müraciət etdi
Tarix: 10-04-2021 | Saat: 12:07
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Foto-fakt | çapa göndər
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
"Xeberaz.Az" müraciəti təqdim edir:
"Daxili işlər orqanları tərəfindən cəmiyyətdə geniş yayılan və insanlarda narazılıq doğuran hüquqpozmaların qarşısının alınması, eləcə də hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına riayət etmələri barədə maarifləndirilməsi məqsədilə nəzarət-profilaktiki reydlərin təşkili nəzərdə tutulub.
Bu ilin aprel ayından başlayaraq ilin sonunadək ölkə ərazisində mütəmadi olaraq həyata keçirilməsi planlaşdırılan reydlər əsasən sürücülər tərəfindən dayanma-durma və parklanma, təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadalar, motosiklet, moped və velosiped sürücüləri tərəfindən qaydalara əməl edilməməsi, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan və yaxud sərxoş vəziyyətdə idarə olunması, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının və uşaq travmatizminin qarşısının alınması tədbirlərini, həmçinin də xüsusi karantin rejimi müddətinin sonunadək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin, o cümlədən fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına qarşı tədbirləri əhatə edəcək.
DİN-in Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına müraciət edərək onları yol hərəkəti qaydalarına əməl etməyə, bu sahədə hüquqpozmaların qarşısının alınması ilə yanaşı vətəndaş məmnunluğunun, ictimai maraqların təmin edilməsi, eləcə də kütləvi informasiya vasitələrinin iştirakı ilə yol hərəkəti mədəniyyətinin təbliği və maarifləndirmə işinə töhfə verəcək preventiv tədbirlərdə aktiv iştirakçılığa dəvət edir.
Zənn edirik ki, keçirilən bu tədbirlər yol qəzalarının sayının azaldılmasında əhəmiyyətli rol oynayacaq".
Xəbəri paylaş
5068 dəfə oxunub.
Digər xəbərlər

27-11-2020, 13:06
Qafqaz Jurnalistləri Şəbəkəsi yaradılacaq
24-01-2017, 11:09
DİQQƏT! Bu xəstəliyə hər kəs tutula bilər – 5 VACİB DETAL
16-01-2022, 10:59
Evi olmayanlar mütləq izləsin - ŞAD XƏBƏR AÇIQLANDI - VİDEO
21-12-2020, 14:01
Ermənilər Azərbaycana inanır - Martirosyan
12-01-2017, 12:31
Bakıda övladının ad günündə yoxa çıxan kişinin asılmış meyiti tapıldı
13-12-2016, 23:38
Rafael İsgəndərovun qızının toyundan EKSKLÜZİV GÖRÜNTÜLƏR
27-08-2015, 20:29
Müdafiə naziri bir qrup ictimaiyyət nümayəndəsi ilə görüşüb
24-12-2022, 11:06
Bu bürcün başından pul töküləcək - 2023-ün PROQNOZU
29-05-2015, 00:41
Yuxuda gördüklərinin sirri-YUXU YOZMASI
7-02-2018, 12:06
Bakıda ailənin tək oğlu faciəvi şəkildə öldü - FOTOLAR