Ana Sayfa > Karusel / İbadət > Dalaşmaq, başqasına acı söz demək orucu pozarmı?

Dalaşmaq, başqasına acı söz demək orucu pozarmı?


8-04-2022, 09:28. Yazar: Xeberaz



Şəriət baxımından oruc Allaha ibadət məqsədi ilə sübh azanından məğrib azanına kimi bəzi əməllərdən çəkinmək deməkdir.
Orucu pozan əməllər şəriət kitablarında qeyd edilib və bu əməllərin arasında dalaşmaq, söymək, başqasını acılamaq qeyd edilməyib. Bunlar zahirən orucu pozmaz, yəni bu əməlləri edənin orucu batil olmaz. Amma Ramazan səbir ayıdır, möminlər Ramazanda mənəvi aramlıq içində olurlar. Ramazan Allahın rəhmət və bərəkətinin bol olduğu aydır. İnsanlar da bu ayda bir-birinə xüsusi şəfqət və sayğı ilə davranmalıdırlar.
Hədislərdə oruc şəxsin mübahisələrdən, dava-dalaşdan kənarda durması tövsiyə edilir.
Hətta onu mübahisəyə şəkən şəxsə "mən orucam" deyə cavab verməsi və sağollaşıb mübahisədən kənar olması buyurulub. Dalaşmaq, acı sözlər demək orucu batil etməsə də, orucun savabını xeyli azaldır, onun mənəvi gözəlliyini aradan aparır. Dinimizdə möminin qəlbi Kəbədən daha qiymətli sayılıb və bir möminin qəlbini haqsız yerə qırmaq Kəbəni uçurmağa bərabər tutulub. Bu baxımdan, oruc tutan şəxsin ətrafdakılarla mehriban davranması təkid edilir. Bu münasibət təkcə Ramazanda deyil, bütün aylarda və günlərdə qorunmalıdır, orucluq zamanı isə buna xüsusi diqqət yetirməliyik.


Geri dön