Güllələnən biznesmen Eldar Mahmudovun işçisi olub... - TƏFƏRRÜAT
Tarix: 21-12-2018 | Saat: 14:24
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Xəbər verdiyimiz kimi Bakıda iş adamı qətlə yetirilib.
Xətai rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə həmin şəxs ləğv edilmiş Milli Təhlüksizlik Nazirliyinin sabiq əməkdaşı olub.
Rayon prokurorluğunun məlumatına görə isə öldürülən şəxs 45 yaşlı Vahabov Fariz Mirzahid oğludur. Cinayət dekabrın 20-də Vahabovun yaşadığı evin həyətində baş verib. O, saat 19:26-da evə qayıdıb maşınını parklamaq istəyərkən naməlum şəxs ona bir neçə dəfə atəş açıb. Güllələrin ikisi Vahabova dəyib, biri sifətindən, digəri isə sinəsindən. O, hadisə yerindəcə keçinib.
Qatil hadisə yerindən qaçıb gizlənib və hələlik saxlanılmayıb. Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir. Hələlik killerin hansı silahdan atəş açdığı məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açanın şəxsiyyətini müəyyənləşdirməyə çalışırlar.
İlkin məlumata görə, Vahabov əvvəllər MTN-in əməkdaşı olub. Lakin səhhətində yaranmış problemlə əlaqədar olaraq oradan çıxıb. Sonra Vahabov bizneslə məşğul olub. İstintaqın bu günə olan daha inandırıcı versiyasına görə, qətlin törədilməsində biznes maraqların toqquşmasının rolu ola bilər.
Qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi açılıb, istintaq davam edir.
4248 dəfə oxunub.
Digər xəbərlər

30-03-2020, 12:20
Azərbaycanda orduya çağırış müddəti uzadıldı
24-04-2016, 16:24
Erməni hakimiyyətinin növbəti “soyqırım” şousu
14-11-2018, 13:08
Azərbaycana bəzi məktəblər pullu olacaq
27-07-2015, 18:10
Məşhur yumoristin təcavüz etdiyi 35 qadın - FOTOLAR
21-03-2017, 14:10
"Allah sizi heç nəyə və heç kimə möhtac etməsin!" - Cazibədar Səmra
29-03-2017, 16:29
"Twitter"də Azərbaycandan ən populyar ictimai-siyasi xadimlər kimlərdir? - ARAŞDIRMA
26-09-2022, 11:37
İranda polis güneyli gənci qətlə yetirdi: Bacısı qardaşının məzarı üstündə saçlarını kəsdi - VİDEO
22-09-2017, 16:30
Abşeronda 13 yaşlı oğlan yoxa çıxdı
25-06-2020, 11:07
Ramiz Mehdiyev sərəncam imzaladı - VAXT DƏYİŞDİRİLDİ
30-08-2016, 11:59
Aygün Bəylər ölkədən getdi